TRAMP SÜLHÜN MESAJINI VERDİ: "Çox böyük və tarixi gündür" - İsrail və HƏMAS anlaşdı

img

09-10-2025 [08:28]


İsraillə HƏMAS ABŞ prezidenti Donald Trampın təklif etdiyi 20 maddəlk planın ilkin mərhələsi ilə bağlı anlaşıblar.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu məlumatı ABŞ prezidenti Donald Tramp açıqlayıb.

O, İsrail və HƏMAS-ın sülh planının birinci mərhələsi üzrə anlaşma imzaladıqlarını deyib:

"Mən bunu elan etməkdən böyük qürur duyuram. Bütün girovlar çox tezliklə azad olunacaq, İsrail isə hərbçilərini razılaşdırılmış qaydada geri çəkəcək. Bütün tərəflərə ədalətli və dürüst davranacağıq. Bu gün ərəb və müsəlman dünyası, İsrail və Amerika Birləşmiş Ştatları üçün çox böyük və tarixi gündür".

ABŞ lideri bu anlaşmada göstərdikləri səylərə görə Türkiyə, Qətər və Misirə də təşəkkür edib.

Yeri gəlmişkən, Trampın anlaşma xəbərini HƏMAS və İsrail tərəfi də tıəsdiqləyib. Bildirilir ki, girovlar sabah buraxılacaq.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA