4 kanala rəsmi xəbərdarlıq verildi, iki kanalın yayımı müvəqqəti dayandırıldı - Şuradan qərarlar
08-10-2025 [16:13]
Audiovizual Şuranın növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub.
Bildirilib ki, cari il ərzində aparılmış monitorinqlər nəticəsində "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında "Space TV", "Xəzər TV", "ARB" kanallarına rəsmi xəbərdarlıq verilmiş, bir dəfə "Space TV" kanalının yayımı 6 saatlıq, "Kanal S" kanalının yayımı isə 24 saatlıq dayandırılmışdır. Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.
İclas zamanı, bu kontekstdə, "Baku TV" televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan "Amin" proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunmuşdur. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən "...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir..." fikirləri səsləndirilmişdir.
Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunmuşdur.
İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinmişdir. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilmişdir. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunmuşdur.
Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilmişdir. Audiovizual Şuranın üzvləri "Baku TV" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmişlər.
Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib