Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."

img

14-09-2025 [00:09]


Aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.

Mia.az-ın Azxeber.com-a istinadən verdiyi məlumata görə, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində" verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq. 

Teleaparıcı faktı təsdiq edib. O, bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib: "Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ilidir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu, mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get".

Bildirilib ki, verilişdə Səidəni aparıcı Elvin Basqallı əvəz edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA