Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub

img

12-09-2025 [14:53]


Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi nəticələrə görə ölkələr arasında birinci olub.

Mia.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin iştirakı ilə təşkil olunan yarışlarda sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı mübarizə aparıb.

Ölkəmiz 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb.

Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci, cüdo və şahmatda isə üçüncü yer əldə olunub.

Beləliklə, Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq Universiadanın qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA