6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...

img

13-09-2025 [12:17]


Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir. 

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsinə, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldildiyi təlimdə xüsusi təyinatlı bölmələr hazırlıqlarını davam etdirirlər. 

Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir. 

Xüsusi təyinatlılar hazırlıq mərhələsində qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA