Növbəti dörd gündə güclü külək əsəcək - Xəbərdarlıq

img

09-09-2025 [17:36]


Sentyabrın 10-u axşamdan 14-dək Azərbycanda külək güclənəcək.

Mia.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz, Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur. 

Azərbaycanın digər bölgələrində isə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR