Rektor hava isti olduğu üçün işə çıxmadığını deyir: "Universiteti uşaqlar özləri idarə edirlər”

img

05-09-2025 [17:43]


“Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”.

Mia.az-ın məlumatına görə, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: “Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq”.

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: “Səhhətimlə bağlı müalicələr gedir”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR