Nazir Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsini həvalə edib - Nazirlikdən açıqlama

img

05-09-2025 [17:09]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir təyin edilib.

Mia.az-a verilən məlumata görə, müvafıq əmrlə bu posta Bəxtiyar Məmmədov alay komandiri təyin olunub.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən isə Mia.az-a bildirilib ki, B.Məmmədov bu posta təyin olunmayıb.

Ona bu vəzifənin icrası həvalə olunub: "Ədliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Penitensiar xidmətinin Mühafizə Alayının komandiri vəzifəsinin icrası Mühafizə alayı Komendant bölüyünün komandiri-alay komandirinin müavini Bəxtiyar Məmmədova həvalə edilib".

F.ƏHMƏD

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR