"İçərişəhər"də yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb

img

05-09-2025 [12:27]


"İçərişəhər" sakinlərinin rahatlığını təmin etmək məqsədilə Böyük Qala küçəsi 41 ünvanında yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Mia.az-a bildirilib ki, bu mərkəz İçərişəhər sakinlərinə bir pəncərə prinsipi əsasında müxtəlif dövlət xidmətləri təqdim edir.

Sənəd qəbulu, müxtəlif sənədlərin rəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərin verilməsində məqsəd sakinlərin zamanına qənaət edərək operativ və effektiv xidmətlərin göstərilməsini təmin etməkdir. 

Xidmət Mərkəzi həftə içi hər gün, saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR