Hərbçilərin maaşı artırılacaq? - Yeni təklif var
İQTİSADİYYAT
27.02.2026, 09:14
Hərbçilərə tutduqları vəzifəyə, hərbi rütbələrə görə verilən ödənişin məbləğinin artırılması təklif edilir.
Mia.az xəbər verir ki, bununla bağlı məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, ombudsmanın təklifinə görə, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılmalıdır.
Qeyd olunub ki, real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləği də artırılmalıdır.
Sənəddə vurğulanıb ki, birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikanın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi də vacibdir.
Həmçinin, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da təklif olunur.
Bununla bərabər, Ombudsman "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsini də təklif edir(report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Milli Məclisin Aparat rəhbərinə yeni müavin təyin olunub
Bugün, 12:05 GÜNDƏM
-
Füzulidə mina partlayışı olub - Agentlik əməkdaşı həyatını itirib
Bugün, 11:49 GÜNDƏM
-
“Levıy” işıq, su və qazın cəriməsi - Nə qədərdir?
Bugün, 11:35 CƏMİYYƏT
-
Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi - Baş Prokurorluq açıqlama yaydı
Bugün, 11:19 KRİMİNAL
-
“Sakaryaspor” 2-ci liqaya “yuvarlandı
Bugün, 11:10 İDMAN
-
“Azərlotereya” çempion axtarır!
Bugün, 11:05 İQTİSADİYYAT
-
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb
Bugün, 10:55 GÜNDƏM
-
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası... - Aysu Nəbizadə yazır
Bugün, 10:35 CƏMİYYƏT
-
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
Bugün, 10:33 GÜNDƏM
-
Sosial mediada yenə fırıldaqçılar peyda olub - Qüdrət Nəzərli “Lucce Decor” adı altında vətəndaşları aldadır
Bugün, 10:09 CƏMİYYƏT
-
Seyfəddin Dəmirli son anda imtina edibmiş - Sənədlər guya İngiltərədə təsdiqlənib
Bugün, 10:02 SİYASƏT
-
Associated Press: “İran və ABŞ heyətləri arasında növbəti görüş…”
Bugün, 09:54 GÜNDƏM
-
“Space TV” qaynayır: qohumların idarəçiliyi, yoxlama və...
Bugün, 09:39 PRESS
-
Azərbaycan nefti daha 6 dollar bahalaşdı - Qara qızıl neçəyə satılır?
Bugün, 09:22 İQTİSADİYYAT
-
Bakıda beynəlxalq konfrans keçirilir
Bugün, 09:07 SİYASƏT
-
Trump İsa obrazlı fotosunu sildi - FOTO
Bugün, 00:37 SİYASƏT
-
Burak Yılmaz istefa verdi: “Bu hakimlərlə mümkün deyil”
Bugün, 00:23 İDMAN
-
ABŞ Prezidenti: “Hörmüz boğazından 34 gəmi keçdi, bu…”
Bugün, 00:16 GÜNDƏM
-
Türkiyənin 8 şəhərində “Bayqaralar”a qarşı əməliyyat – 300 nəfərə yaxın kriminal şəxs saxlanılıdı
Bugün, 00:05 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar
13.04.2026, 20:46 MƏDƏNİYYƏT
-
Gəncə komandası uduzdu - Tovuz voleybolçuları finala çıxdı (VİDEO)
13.04.2026, 19:24 İDMAN
-
Masallıda yararsız 227 kq at əti satanlar saxlanılıb
13.04.2026, 19:08 İQTİSADİYYAT
-
ABŞ ordusu İran limanlarına giriş-çıxışı qapatmağa başladı – CENTCOM bütün ölkələri təhdid etdi (Yenilənib)
13.04.2026, 18:17 GÜNDƏM
-
Müğənni: "O, klipə səhlənkar yanaşdı, sən demə, kadrlar pozulub"
13.04.2026, 18:03 ŞOU-BİZNES
-
Böyük Mərdəkan qəsrində çökmə: əraziyə giriş məhdudlaşdırıldı
13.04.2026, 18:00 MƏDƏNİYYƏT
-
Britaniya ABŞ-ın qərarına qarşı çıxdı: “Olmaz!”
13.04.2026, 17:45 İQTİSADİYYAT
-
Xalq artisti Maqsud Məmmədov vəfat edib
13.04.2026, 17:27 MƏDƏNİYYƏT
-
Tibb Universiteti 110 min manatlıq təyyarə bileti alacaq
13.04.2026, 17:24 CƏMİYYƏT
-
Laçında "Bəylik Bağları" bərpa edilir
13.04.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.04.2026, 17:00 İQTİSADİYYAT
-
Əhalinin borc yükü artıb
13.04.2026, 16:59 İQTİSADİYYAT
-
Dövlət qurumları Xəzərdə birgə monitorinq keçirib
13.04.2026, 16:54 CƏMİYYƏT
-
ABŞ-İran danışıqları çökdü, Rusiya yenidən ortaya girdi - Kremldən sürpriz təklif var
13.04.2026, 16:41 GÜNDƏM