Prezident "ŞƏT plyus" formatındakı görüşə qatılıb - İlham Əliyev çıxış edib (FOTOLAR, Yenilənib)
01-09-2025 [15:56]
Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib.
MİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin.
Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.
İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm.
Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram.
Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.
Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.
Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
Sonda hörmətli Sədr Si Cinpinə dəvətə görə bir daha təşəkkürümü bildirir, Sammit iştirakçılarına səmərəli iş arzulayıram.
X X X
Qeyd edək ki, "ŞƏT plyus" formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.
Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.
***
Bu gün Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş öz işinə başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb.
O, tədbirdə geniş çıxış edib.
***
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
"Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
***
Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən iclasda çıxışı zamanı deyib: "Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".
Erkin İbrahimov "Kəpəz"dən uzaqlaşdırılıb
Mərkəzi Bank vəzifəli şəxsi cərimələyib
Sabiq "Beşiktaş"lı "Feyenoord"a keçib
İcra başçısını telefonda söydü, 100 manat cərimələndi
Tunis Fransaya nota verdi - Ölüm işinə görə
Harvard universiteti Trampın qərarını ləğv etdirdi - Məhkəmə Prezidenti ifadə azadlığını və qanunu pozmaqda günahlandırdı
Azərbaycan neftinin qiyməti ucuzlaşıb - 1.37 dollar
"Fənərbağça" Luçano Spalletti ilə danışıqlar aparır
"Google" 31 milyrad tələbə qarşı 425 milyon dollar cərimələnib - 98 milyon şikayət edib
Füzulidə açıq sahədə yanğın olub
Suriyada zəlzələ baş verib - 4,3 bal gücündə
Vinçenzo Montella: "Çətin matç olacağını bilirəm"
Misir sərhədə 40 min əsgər topladı
Vatslav Çerni: "Klubum üçün uğur qazanmaq istəyirəm"
Aleksandr Ciku "Spartak Moskva"ya keçdi - "Fənərbağça" daha bir oyunçu ilə vidalaşdı
"Qalatasaray" Çempionlar Liqasına bu oyunçularla çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyevin Çinə səfəri başa çatıb - FOTOLAR
PUTİN PEKİNDƏ: "İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə kəsdik, hesab edirəm ki..."
Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib
Universitetlərin boş qalan yerlərinə qəbul nəticələri elan olunub
Gədəbəy rayonunda dağlıq ərazidə yanğın olub - VİDEO
Avqust ayında 2 milyon 850 min 500 zərərli fəaliyyət bloklanıb
"Cənab Zelenski ilə görüşə gəlincə, mən..." - Putin Pekində mətbuat konfransı keçirib
Azərbaycan-Macarıstan Enerji İşçi Qrupunun növbəti iclası keçirilib
Türklər "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz" sualına belə cavab verir - Sorğu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Rəhimova sanksiya tətbiq olunub - O, nədə ittiham olunur?
Hikmət Hacıyev Armen Qriqoryan arasında telefon danışığı: nələr müzakirə edilib? - TƏHLİL
Bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
İran prezidenti Çin liderinin xanımı ilə əl tutmadı - VİDEO
"Tiktoker" əri və uşaqları ilə birgə öldürülüb - FOTOLAR
"O, mənim qızım deyil, lakin..." - Hamlet İsaxanlı
Qəzzada daha 113 fələstinli həlak olub - 300-dən çox yaralı var
Yaqub Məmmədovun oğlu prorektor təyin olunub
Tariximizin yaşayan canlı yaddaşı - Akademik Nailə Vəlixanlı
Ağcabədidə keçmiş məhkum saxlanılıb