Məmmədalı Ağayevi Moskvada saxlayıblar (Yenilənib)
29-08-2025 [14:33]
Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevə xüsusilə külli məbləğdə dələduzluqla bağlı ittiham irəli sürülüb.
Bu barədə Moskva prokurorluğu məlumat yayıb.
Prokurorluq iddia edir ki, M.Ağayev guya icra edilmiş işlərə dair saxta hesabatlar əsasında digər iştirakçılarla birlikdə təxminən 20 milyon rubl mənimsəyib.
Yaxın vaxtlarda onun barəsində qətimkan tədbiri seçiləcək.
***
Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevi Moskvada saxlayıblar.
Mia.az Report-a istinadal xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
"Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları Federal Təhlükəsizlik Xidmətinin Moskva şəhəri və Moskva vilayəti üzrə İdarəsinin əməkdaşları ilə birlikdə paytaxt sakinini saxlayıblar. Ən böyük teatrlardan birinin keçmiş direktoru dələduzluqda şübhəli bilinir", - o, öz teleqram kanalında yazıb.
Təqsirləndirilən şəxs istintaq fəaliyyətinin aparılması üçün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairəsinə gətirilib.
Saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.
Məmmədəli Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, icraçı direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı