Rusiya Kiyevə ağır zərbələr endirir - Ölən və yaralananlar

img

28-08-2025 [10:11]


Rusiya Ukraynanın paytaxtı Kiyevə güclü hava hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, güclü partlayışlar gecə boyu Kiyev səmasını işıqlandırıb, paytaxtın səması müxtəlif istiqamətərdə tüstü qatına bürünüb.

İlkin məlumata əsasən, ən azı 17 nəfər ölüb, 14 yaralı var.

Məlumatda deyilir ki, bözi PUA və raketlər hava hücumundan müdafiə sistemləri tərəfidən havada zərərsizləşdirilsə də, bəziləri yaşayış binalarına dəyib.

Kiyev meri Vitali Kliçko isə bildirib ki, Rusiyanın paytaxta kütləvi hücumu davam edir. O, sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA