“Muğam” müsabiqəsində narazılıq: "Mən həqiqətən üç yerdən birinə layiq idim" - AÇQLAMALAR
28-08-2025 [09:18]
Laçında keçirilən IX “Muğam” müsabiqəsinin finalında yaşanan qalmaqal müzakirə obyektinə çevrilib.
Mia.az-ın məlumatına görə, bəzi iştirakçılar yekun nəticələrdə haqsızlıq olduğunu bildirib. Hətta müsabiqənin final mərhələsinə vəsiqə qazanan Kənan Novruzov ona təqdim olunan diplomu qəbul etməyib: “Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq”.
Qeyd edək ki, müsabiqədə 3 azyaşlılardan, 3 finalçılardan qalib seçilib. Digər ifaçılara isə diplomlar verilib.
Əsas haqsızlıq nədən ibarətdir? Müsabiqədə nə baş verib?
Globalinfo.az-a danışan iştirakçı Kənan Novruzov deyib ki, diplomat kimi təqdim olunduğuna görə mükafatı qəbul etməyib: “7 nəfər finalda idik. Lakin bizi müsabiqənin finalında ilk həftədən çıxan iştirakçıların sırasında – diplomat kimi təqdim etdilər. Ona görə də verilən diplomu qəbul etmədim. Finalçı olaraq mənə layiqli yer verilməyib. İştirak edən hər kəs mənim üçün dəyərlidir, kiminsə adını çəkə bilmirəm ki, bu layiq idi, bu yox. Etirazım odur ki, biz diplomat səviyyəsində deyildik, 3 ay əziyyət çəkmişdik. Bizi xalq bəyənirdi, ifalarımız da göz önündədir”.
Digər narazı iştirakçı Aycan Şükürlü də haqsızlıq olunduğunu hesab edir: “Münsiflər bütün müsabiqə boyu mənə yüksək bal verir və heç bir irad bildirmirdilər. Aşağı bal almadan məni yüksək göstərici ilə finala qədər gətirib diplomatlar sırasında gördülər. Bu, haqsızlıqdır. Mən həqiqətən üç yerdən birinə layiq idim. Yaşananlarla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışam”.
Müsabiqədə birinci yeri qazanan Aytac Bəybalayeva isə bildirib ki, münsiflərin qərarına hörmətlə yanaşır: "Münsiflərin qərarı barədə bir söz deməyə haqqım yoxdur. Sadəcə müsabiqədə yer qazana bilməyib qaliblərin əleyhinə rəy yaradan insanlara yazığım gəlir”.
8-16 yaşlı yeniyetmələr arasında birinci yerə layiq görülən Əhəd Ağayevin atası Mehdi Ağayev deyib ki, müsabiqədə qalibləri münsiflər təyin edib: “Münsiflər kimin hansı yerə layiq olduğunu müəyyənləşdirib və nəticədə bu seçim düzgün hesab olunur. Çünki sahənin mütəxəssisi olaraq ən doğru qərarı vermək də məhz onlara məxsusdur”.
MİA.AZ
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı