"Bütün xalq görsün ki..." - IX “Muğam” Televiziya Müsabiqəsində qalmaqal, finalçı mükafatı qəbul etmədi

img

27-08-2025 [10:08]


IX “Muğam” Televiziya Müsabiqəsinin finalında qalmaqal yaşanıb. 

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, iştirakçılardan olan Kənan Novruzov haqsızlıq olunduğunu deyib.

Yyaılan videodan görünür ki, o, finalda səhnəyə çıxaraq nümayişkarənə formada ona təqdim olunan diplom və mükafatı qəbul etməyib.

Bununla bağlı paylaşımda Kənan bunları yazıb: "Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq".

Qeyd edək ki, müsabiqədə 3 azyaşlılardan, 3 finalçılardan qalib seçilib. Digər ifaçılara isə diplomlar verilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR