Ağdərənin Kolatağ kəndinə ilk köç olub - 89 nəfər yola salınıb

img

15-08-2025 [12:07]


Bu gün Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç olub.

Mia.az xəbər verir ki, kəndə 26 ailədən ibarət 89 nəfər yola salınıb.

Məlumata görə, kəndə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) köçürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR