Prezident Dövlət Xidməti ilə bağlı fərman imzalayıb

img

14-08-2025 [13:07]


Prezident İlham Əliyev bu gün fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri təsdiq edilib.

Xidmətin rəsmi emblemi Xidmətin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında, inzibati binalarının Xidmətin adı göstərilən lövhələrində yerləşdirilə bilər.

Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video, fotomateriallarında, Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında istifadəyə yol veriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA