"Amedspor" Mbaye Diaqne ilə rəsmi müqavilə imzalayıb

img

14-08-2025 [09:41]


1-ci Liqa komandalarından biri olan "Amedspor" hücumçu Mbaye Diaqne ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan bildirilib ki, oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Diaqne imza mərasimi zamanı jurnalistlərə açıqlama verib.

O, açıqlamasında deyib:

"Mənim hədəfim ən azı 25 qoldur. Futbol komanda oyunudur, ona görə də bunu heç kim təkbaşına edə bilməz. Komanda yoldaşlarımın, klubumuzun, ən əsası azarkeşlərimizin köməyi ilə buna nail olacam. Mən bura əlimdən gələni etməyə gəlmişəm.".

Fərid

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR