Robin Van Persi: ""Fənərbağça" mənim qəlbimdə xüsusi yer tutur"

img

13-08-2025 [13:40]


"Feyenoord"un baş məşqçisi Robin Van Persi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Fənərbağça"ya 5:2 hesabı ilə məğlubiyyətdənsonra jurnalistlərə açıqlamam evrib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, səhvləri nəticəsində uduzduqlarını deyib: "Top bizdə olanda daha sakit ola bilərdik. Müdafiədə pis deyildik. "Fənərbağça" əks-hücumlarda yaxşı çıxış etdi. Əks halda, müdafiədə o qədər də pis deyildik".

Vaxtilə "Fənərbağça"da forma geyinən holland məşqçi türk azarkeçşlərin davranışından da məmnun olub: "Azarkeşlər məni çağırdı. alqışaldı. Mən çox xoşbəxtəm. "Fənərbağça" mənim qəlbimdə xüsusi yer tutur.  "Fənərbağça"ya uğurlar arzulayıram."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR