Klub sahiblərinin ailəvi qonaqlığının pley-off menyusu - Qurban Qurbanov mia.az-ın əməkdaşının sualına duruxdu (VİDEO)
14-08-2025 [10:03]
Məlum olduğu kimi, “Qarabağ” Futbol Klubu (FK) Avrokubok oyunları çərçivəsində növbəti mərhələyə keçdi.
Mia.az xəbər verir ki, mehribançılıq və dostluq atmosferində baş tutan oyun hər iki tərəfin xoşuna gəlib. O dərəcədə ki, qonaq klubun oyunçuları bizim mediaya müsahibəsində Azərbaycanı və “Qarabağ” klubunu çox sevdiyini deyib. Biri hətta “Qarabağ”da oynamaq istədiyini dilə gətirib. Üstəlik, oyundan sonra bütün komanda yığışıb gediblər bizim əyləncə məkanlarından birinə.
Sən demə, bütün bu mehribançılığın fundamentini bundan əvvəlki səfər görüşündə klubların böyükləri qoyub: hələ Skopyedə olanda “Şkendiya”nın prezidenti Lazım Dəstani “Qarabağ”ın sahibi Tahir Gözəli ailəvi qonaq edib. Daha sonra Bakıya gələndə T.Gözəl ailəvi qonaqlıqla Dəstaninin jestinə cavab verib. Dostcasına “iki klub, iki ailə” olaraq vaxt keçirən böyüklər Avrokubok oyununa da toxunublar. Deyiblər ki, bu oyunun “iki dost komanda arasında centlmenlik və nümunəvilik ruhunda” keçəcəyinə inanırlar.
Avrokubok oyunu kimi yüksək rəqabətli və məsuliyyətli platformanın dostlar güşəsinə çevrildiyini görmək çox xoşdu, əlbəttə. İntəhası, arada olan o FKSB-yə oldu, - deyə düşünürəm arada. Çünki, “Şkendiya”, göründüyü kimi, mərhələni keçmək ambisiyası olmaya-olmaya, gözünü Konfrans liqasına dikdiyi halda, FKSB-ni çiləyib kənarda qoydu. Dostu “Qarabağ”ın da pley-off-a yolunu açdı. Necə deyərlər, dostluq müqəddəs işdi.
Bu arada həm də “Şkendiya” azarkeşlərinə bir şeylər oldu. Sürpriz şəkildə FKSB-ni udaraq pley-off ümidlərini artıran azarkeşlər nə bilsin ki, böyüklər dostlaşıb və bundan sonra meydanda centlmen, nümunəvi oyun qərarı alınıb? Bir-birini incitməyərək, xətrinə dəyməyərək mehribancasına uduzacaqlar?
“Şkendiya”nın azarkeşləri də oyuna gəlmədi, bilirsiniz. Onların yerləri sonradan bizim azarkeşlərə satıldı. Rəqib komandanı dəstəkləyəcək azarkeşlərin gəlməyəcəyinə dair məlumat veriləndə mən elə şübhələnmişdim ki, yəqin azarkeşlər oyunun formal olduğunu düşünüblər. Ya da ola bilsin, böyük hesablı məğlubiyyət onların gözünün qarşısında yaşanmasın deyə, “Şkendiya” sahibləri azarkeşlərin iştirakına xüsusi maraq göstərməyiblər.
Digər tərəfdən, oyundan öncə Lazım Dəstaninin azarkeşlərə xitabən söylədiyi fikirlər də diqqəti cəlb etmişdi. “Şkendiya” Şimali Makedoniyanın Tetovo şəhərinin komandasıdı və həmin şəhərin əhalisi əsasən etnik albanlardan ibarətdi. Dəstani Feysbukdakı paylaşımında öz azarkeşlərini təxribata uymamağa və nifrətdən uzaq olmağa çağırmışdı.
“Şkendiya” “Qarabağ”a qalib gəlsəydi, bu, klubun Avrokubok oyunlarında ilk pley-off mərhələsi olacaqdı.
Belə hallarda həqiqətən azarkeşin halına acıyırsan. Böyüklərin qərarlarından asılı oyunlardan xəbəri olmayan insanların futbolda səmimiyyətə bel bağlaması kədərlidi.
“Şkendiya” azarkeşinin “Skopye”də gördüyü elə o penaltili qol da Allah bilir, hansı qonaqlığın menyusuna daxil idi. O oyuna baxanda bilinirdi ki, rəqib dalbadal “Qarabağ”ə pressinq edir, bizimkilərsə sadəcə, vaxt uzadırlar. “Şkendiya” heç olmasa, öz azarkeşini ev oyununda pərt eləmədi. Bu da bir şeydi. Onsuz da ekspertlər “Şkendiya”nı səfər oyunlarında uğursuz və qorxaq davrandığını müşahidə etmişdilər. Amma Bakıdakı böyük hesablı məğlubiyyət heç kimin analizində yer almamışdı.
Oyundan sonra mətbuat konfransında da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov səmimiyyət və mehribançılıq şəraitində keçən oyunu təriflədi. Udublar, söz yox, tərifləyəcək oyunu. Amma Qurbanovun yerinə olsam, mehribançılıq və hörmətə bağlanan oyunu tərifləməzdim mən.
Mia.az-ın əməkdaşının Qurbanova sualında “dostluq şəraitində” keçən oyun ifadəsinin yer alması və baş məşqçinin “dostcasına” sözünə duruxmasını da dünəndən bəri yadıma salıb xəfifcə gülümsəyirəm mən.
Q.Qurbanov mia.az-ın əməkdaşının Sami Mmaenin debütü ilə bağlı sualına cavabında bildirib ki, bu futbolçunun futbol intellekti və qabiliyyəti ümumiyyətlə, cəlbedicidi:
- Onun ötürmələri, oyunu idarə etməsi bizim diqqətimizi çox çəkmişdi. Mmaenin lazımi anda oyunu sabitləşdirmək və pressinqdən çıxmaq xüsusiyyəti vardı və bu, bizə çox vacib olan elementlərdi. Bu oyunda hələ öz idman formasından uzaq olsa da, mən onun oyunundan razı qaldım. Həm də hazırda o, məşqlərdə çox çalışır, çox istəklidi.
Əslində, “Qarabağ” srağagün “ekonom rejim”dən çıxdı, deyə bilərik. Düzdü, Avrokubok oyunları çərçivəsində keçirdiyi 3 oyundan heç birində “Qarabağ” qapısından top buraxmayıb. Minimal, ekonom qolları olub yalnız.
Təkcə “Şkendiya” dostcasına bir qol vurdu onların qapısına. Simvolik, necə deyərlər. Məncə, Qurbanov komandasını çox da yormaq istəməyək, asta-asta yola davam etməyi planlaşdırıb. Ölkə daxilində premyer liqa oyunları da var axı. Komanda bu ikiqat məşq rejimində işləməyi də məncə, çatdırmalıdı.
Yeri gəlmişkən, “Qarabağ” “Şkendiya”nı məğlub edərək pley-off-a həm vəsiqə, həm də büdcəsinə pul qazanıb. Ağdam təmsilçilərinin cibinə bu oyundan 4,29 milyon avro (təxminən 8,5 milyon manat) pul gəlib.
Qarşıdakı pley-off mərhələsində “Qarabağ”ın rəqibi macar klubu “Farentsvaroş” olacaq. Onlara qalib gələcəyi təqdirdə “Qarabağ”ın büdcəsi daha 18,62 milyon avro (təxminın 36,95 milyon manat) artacaq. “Qarabağ” bu oyunu avqustun 19-da Macarıstanda, cavab oyununu isə avqustun 27-də Bakıda keçirəcək. Avqustun 28-də qrupların püşkatması olacaq. “Qarabağ” “Farentsvaroş” baryerini keçsə, püşkatmada 4-cü zənbildə yer alacaq.
“Farentsvaroş” ciddi rəqib sayılır. İllərdi, öz ölkəsinin birinci liqasının çempionudu. Dövlətdən dəstək alır.
Maraqlıdı ki, hazırda “Qarabağ”da təmsil olunan Kadi Borqes bundan əvvəl məhz “Farentsvaroş”un formasını geyinib. “Qarabağ”ın daha bir oyuncusu Julio Romao da hazırda “Farentsvaroş”dadı.
Bu, “Qarabağ”ın pley-off mərhələsində 4-cü sınağı olacaq. Artıq avqustun 27-dən Bakıda UEFA-nın himnini eşidə biləcəyik.
Bunu bizə digər klublarımız – “Araz-Naxçıvan” və “Sabah” da yaşada bilər. Onların Avrokubok mübarizəsi davam edir.
Zülfiyyə Mustafayeva
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə...
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)
DÇ-2026: Türkiyə - Bolqarıstan matçının biletləri satışdadır - Ən ucuz bilet 36 manatdır
Mauro İkardi: "Özünə baxa bilməyənlər adama yol göstərməyə çalışır"
Yaşar Güler Bakıya gəlib
ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK! - Vahid Tağıyev yazır
"Soruşdum ki, axı bu “mentor” nə deməkdir?" - Rəşad Məcid
Mosul Hava Limanı 11 il sonra açıldı
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi - FOTOLAR
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı