İmdat Avşar – Türk dünyasının parlayan ədəbi siması
11-08-2025 [00:13]
2024-cü ilin avqust ayı... İstanbul...
Türk Ədəbiyyatı Vəqfinin qərargahına doğru irəlilədikcə, ürəyimdəki döyüntü artır, onun səsi açıq-aydın eşidilirdi. Vəqfin binasına daxil olanda telefonla danışdığım və şəkillərini mətbuatda gördüyüm İmdat Avşar məni böyük bir səmimiyyətlə qarşıladı. Məhz bu səmimi qarşılama bütün həyəcanımı azaltdı. Qeyd edim ki, İmdat bəy vəqfin "genel yayın yönetmeni" vəzifəsində çalışır.
Görüşümüz zamanı ədəbi mühitdən, xalqlarımızın təbii saflığının gözəlliyindən, poeziyanın əsrarəngiz harmoniyasından danışdıq. Daha sonra Vəqfin jurnallarını və müəllifi olduğu “Soğuk Rüya” kitabını mənə hədiyyə etdi. Vəqfin sədri Serhat Kabaklı ilə görüşdükdən sonra söhbətimizə yenidən davam etdik. Geniş məzmunlu və maraqlı söhbətimiz artıq iki saatdan çox çəkdi və oradan ayrılmaq çox çətin idi. Lakin axşam saat beşdə hava limanında olmalı idim.
İkili telefon danışıqlarımız mütəmadi qaydada davam edirdi, bayramlarda bir-birimizi təbrik edirdik. Onu da qeyd edim ki, İmdat Avşar sədri olduğum Kitab Klubunun bir sıra mükafatlarına layiq görülüb.
May ayında ondan gələn zəng məni olduqca sevindirdi. Vəqfin bütün rəhbər heyəti Bakıya gələrək Azərbaycan Yazıçılar Birliyində bir çox ədəbi mühitin qabaqcıl nümayəndələrini təltif edəcəkdi. Təltif olunanlar sırasında mənim də adımın olması İmdat bəyin ədəbi və ictimai fəaliyyətimə göstərdiyi rəğbətin bariz ifadəsidir. Onun birbaşa təşəbbüsü ilə Türk Ədəbiyyatı Vəqfinin Fəxri Üzvü olmağım təklif olundu və bu qərar yekdilliklə qəbul edildi. Həmçinin nəzərə çatdırım ki, həmin iclasda mənimlə birgə professor Əhməd Vüqar müəllim də bu yüksək ada layiq görüldü.
İmdat Avşar Türk Dünyasının parlaq simalarından biri kimi yalnız yazıçı və şair deyil, həm də mədəniyyətlər arasında körpü salan ədəbi elçidir. O, təkcə yaradıcılığı ilə deyil, həm də Azərbaycanla Türkiyə arasında ədəbi əlaqələrin inkişafına verdiyi töhfələrlə seçilir. Onun dili milli dəyərləri yaşadan, duyğularla zəngin, bədii gücü ilə oxucunu ovsunlayan bir dildir. Avşar, folklorla müasirliyi ustalıqla birləşdirərək türkçənin ruhunu ədəbiyyatda yaşatmağı bacarır. Əsərləri milli kimlik, mənəvi dəyərlər və türk dünyasının ortaq hafizəsini əks etdirir. Müxtəlif ölkələrdə layiq görüldüyü nüfuzlu mükafatlar onun ədəbi və ictimai missiyasının beynəlxalq miqyasda da tanındığını sübut edir. O, təkcə yazmır, həm də milli mədəniyyətin təbliğində və qorunmasında əsl xidmət göstərir.
“Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru kimi yeni imzaların yetişməsinə meydan açır və klassiklərlə müasir ədəbiyyat arasında sağlam körpü yaradır. Onun yaradıcılığı təkcə sözün gözəlliyini deyil, həm də milli yaddaşın canlılığını qoruyur.
İmdat Avşar – sözün gücünə inanan və onu gələcək nəsillərə miras qoyan əsl ədəbiyyat fədaisidir.
Sənan Hüseynov
MİA.AZ
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı