Ağ Ev: "Ruslar Trampla gələn həftə görüşmək istəyir"

img

07-08-2025 [00:25]


"Ruslar ABŞ prezidenti Donald Trampla görüşmək istəyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt deyib.

O, Tramp-Putin görüşünün mümkün sayıb: "Prezident Tramp bu gün "Truth Social"da paylaşdığı kimi, Stiv Vitkoffun prezident Putinlə görüşündə mühüm irəliləyiş əldə olunub. Ruslar prezident Trampla görüşmək istəyir. Cənab Tramp da həm prezident Putin, həm də prezident Zelenski ilə görüşə açıqdır".

Bu arada "New York Times" iki mənbəyə istinadən Trampın Putin və Zelenski ilə görüşə hazırlaşdığını yazıb: "Tramp gələn həftə Putinlə üz-üzə görüşmək istəyir və az sonra isə Putin və Zelenski ilə görüşrməyi planlaşdırır".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib