İsrail Qəzzada yardm gözləyənləri atəşə tutub - 19 nəfər ölüb

img

06-08-2025 [13:02]


İsrail Qəzzada yardm gözləyənləri atəşə tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə İdarəsi məlumat açıqlayıb.

Bildirilib ki, Qəzza zolağının müxtəlif bölgələrindəki 5 "humanitar ərazi"də yardım gözləyənlər bombalanıb: "Nəticədə 19 fələstinli həlak olub. Onlardan beşi bir ailənin üzvləridir: ana, ata və üç uşaq. Bununla yanaşı, əksəriyyəti uşaq olmaqla 20-dən çox adam yaralanıb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR