"Leypsiq" Romulonu transfer etməyə hazırlaşır

img

06-08-2025 [21:13]


"Göztəpə" ulduz hücumçusu Romulonu Almaniya Bundesliqa təmsilçisi "Leypsiq"ə göndərməyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub braziliyalı hücumçunun satışından 20 milyon avrodan çox transfer haqqı qazanmağı hədəfləyir.

23 yaşlı braziliyalı hücumçu Bundesliqa komandası "Leypsiq" ilə müqavilə bağlamağa yaxındır.

O, ötən mövsüm Super Liqada 29 matçda 13 qol vuraraq bütün diqqətləri üzərinə çəkib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR