RƏSMİ BAKIDAN BÜST QALMAQALINA SƏRT REAKSİYA: "Bu, Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub, qaldı TASS-a..."
01-08-2025 [00:07]
"Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub".
Mia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılmasına münasibətdə deyib.
XİN rəsmisi bildirib ki, Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur: "Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.
Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.
Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.
Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.
Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər.
TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur".
MİA.AZ
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?