İlham Əliyev və Vladimir Putin yenidən görüşəcəklər

img

25-08-2014 [17:12]


Gələn il prezident İlham Əliyevin Rusiyaya səfəri planlaşdırılır. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Rusiya hökuməti 2015-ci ilin payızında Rusiya-Azərbaycan forumunun keçirilməsi ilə bağlı qərarı təsdiqləyib.


Yekaterinburq şəhərində keçiriləcək Rusiya-Azərbaycan forumunda prezident İlham Əliyev və Vladimir Putinin iştirak edəcəyi bildirilir. Görüşdə İlham Əliyevlə Vladimir Putinin təkbətək görüşü gözlənilir.

Qeyd edək ki, Rusiya qonşu ölkələri ilə hər il forumlar keçirir. Ötən il isə Yekaterinburqda Rusiya-Gürcüstan forumu keçirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA