Nəsimi rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub - FOTOLAR
23-07-2025 [10:17]
Nəsimi Rayon İcra Hakimiyyətində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının müavini Zahid Xəlilov, Milli Məclisin deputatı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə rəsmilər inzibati binada Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına həsr olunmuş sənədli videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması barədə geniş məlumat verərək, mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığını, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəninin dağıdılıb viran edildiyini vurğulayıb: “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli, “Azərbaycanlıların Soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanların böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənədlərdir. Qərbi Azərbaycanla bağlı həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir”.
Araşdırmaların elmi istiqamətdə aparılmasının Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasındakı ziyalılarla görüşündə etdiyi proqram xarakterli çıxışından sonra daha sistemli xarakter aldığı, “Qərbi Azərbaycan irsi” kitabının tarixi yaddaşın qorunmasında mühüm rol oynadığı qeyd olundu.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında Prezident İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi səfərbərlik bacarığı, o cümlədən ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı sayəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra əbədi torpaqlarımız olan Qərbi Azərbaycana, ata-baba yurdlarımıza qayıtmaqla əzəli hüquqlarımızın bərpasına nail olmağın xalqımızın üçün tarixi məqsəd daşıdığını vurğulayıb.
Tədbirin sonunda “Zəfərlərin mübarək, Ali Baş Komandanım!” adlı videoçarx nümayiş edildi.





Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı