İSRAİL VƏ SURİYA ARASINDA DANIŞIQLAR BAŞLAYIR: ABŞ ortaya girdi və... - Görüş Bakıda olacaq?

img

23-07-2025 [00:09]


İsrail və Suriya rəhbərliyi arasında görüş başlayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Axios xəbər platforması yazıb.

Bildirilib ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Suriya arasında görüş razılaşdıırlıb: "ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın sədrliyi ilə keçiriləcək görüş cümə axşamı baş tutacaq. Görüşün yeri ilə bağlı bir neçə variant var"

Məlumatda deyilir ki, İsrailin ərəb bədəviləri ilə druzlar arasında yaçşanan toqquşmanı bəhanə edərək, paytaxt Dəməşqə hava zərbələri endirməsindən sonra bölgədə durum daha da gərginlşib: "İndisə ABŞ ortaya girərək, tərəfləri masaya oturdur...".

Xatırladaq ki, bundan əvvəl tərəflər arasında ilk görüş Bakıda olub. Mümkündür ki, ikinci və mühüm görüş də Bakıda baş tutsun...

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:39 23.07.2025

Hərbçimiz vəfat edib