"Sevilya" "Trabzonspor"un yarımmüdafiəçisinin "qapısını döyüb"

img

23-07-2025 [12:13]


"Trabzonspor"un fransalı yarımmüdafiəçisi Batista Mendi yol üstündədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Trabzonspor"la 2027-ci ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçuya "Sevilya" "elçi düşüb".

Bildirilib ki, hazırda futbolçunun hazırkı bazar dəyəri 10 milyon avrodur.

Ötən mövsüm 43 matçda meydana çıxan Mendi 2 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA