Çörəyi dizinin üstündə olanlar… - Təbriz VƏFALI YAZIR
18-07-2025 [14:35]
Təbriz VƏFALI
***
Dəfələrlə eşitmişik və oxumuşuq ki, çörək müqəddəs nemətdir və o, “Qurani-Kərim”dən irəlidir. Amma…
Yaxşı xatirimdədir, tələbə olanda, 1993-1994-cü illərdə Azərbaycanda iqtisadi böhranın dərinləşdiyi bir zamanda Bakıda və respublikamızın bütün bölgələrində çörək qıtlığı var idi.
Həmin dövrlərdə payız-qış, isti-soyuq demədən paytaxtdakı iri marketlərin, mağaza və dükanların, eləcə də piştaxtaların qarşısında dayanar, çörək almaq üçün saatlarla növbə gözləyərdik. Çörək almaq istəyənlərin sayı o qədər şox idi ki, nəfəs-nəfəsə, burun-buruna dayanmış insanların olduğu yerlərdə iynə atsaydın, yerə düşməzdi. O basırıqda güc-bəla ilə çörək alan və o sıxlıqdan paltarı cırılmadan çıxanlar əsl xalq qəhrəmanı hesab olunurdular.
Çox şükür ki, sonrakı illərdə ölkəmizdə sosial-iqtisadi durum düzəldi, çörək bolluğu yarandı, saatlarla növbə gözələməkdən qurtulduq.
Həmişə deyirik ki, çoxluq bolluq və ucuzluq deməkdir. Amma bəzən çoxluq bir zibilə dərman olmur. Çörək və un məmulatlarının bolluğu da bu qəbildəndir.
Azərbaycanda hər gün zibilxanalara, zibil konteynerlərinə, səkilərə, yol kənarlarına və digər yerlərə tonlarla çörək və un məmulatları lazımsız əşya kimi atılır. Hələ quşları yemləmək üçün atılan və ayaqlar altında tapdanan çörək parçalarını görəndə sanki adamın ürəyi cızdağ edilir.
Təbii ki, gündəlik qida ərzağımız olan çörəyə bu cür hörmətsizliyin kökündə dayanan səbəblər təkcə istehlakçıların məsuliyyətsizliyi ilə əlaqədar deyil. Onlar bəzən məcburiyyətdən çörək və un məmulatlarını zibil kimi atırlar. Bunun günahı da çörəklərin istehsalı, email, saxlanması və satışı proseslərində ciddi nöqsanlara yol verənlərdədir.
Məsələn, bəzi hallarda çörəyin istehsalında keyfiyyətsiz un, maya və digər inqredientlərdən istifadə olunur və onlar da çörəyin dadına və xüsusiyyətlərinə mənfi təsirini göstərirlər. Bəzən çörəyin saqqız kimi yapışqanlı olmasına, “droj” qoxusunun gəlməsinə, dadsızlığına, duzsuzluğuna çox rast gəlmişik.
Yaxud, çörəklərin hazırlanması və bişirilməsi zamanı sanitariya-gigiyena qaydalarına riayət edilməməsi, texnoloji rejimlərin pozulması da başımızın bəlasına çevrilib. Bu səbəbdəndir ki, yeməyə hazırlaşdığımız, yaxud, yediyimiz vaxtlarda bəzi çörək və un məmulatlarının içərisində baş tükləri, daş və kərpic qırıntıları və digər “nadir tapıntıları” aşkara çıxarmışıq.
Çörək və un məmulatlarının saxlanma şəraitinin düzgün müəyyənləşdirilməməsi, onların saxlanma qaydalarına düzgün əməl edilməməsi də ürəkağrıdan problemlər sırasındadır. Məsələn, isti çörəklər gətirilir mağazalara və supermarketlərə və düzülür piştaxtalara. Yay-qış uzunu kondisionerlər işlədiyindən uyğun olmayan temperaturda isti çörək o qədər bərkiyir ki, iraq bərəkətindən, adamın başına vursan dalı, qabağı kəsən qılınc kimi iki yerə bölər. Üstəlik, həmin çörəklər tez xarab olur və onların keyfiyyətləri aşağı düşür.
Qanunvericiliyə görə, ticarət obyektlərində satışda olan qüsurlu çörəklər dövriyyədən çıxarılmalı və məhv edilməlidir. Amma biz bunu yalnız yuxuda görə bilərik.
Ona görə də naşükür, nankor və halal qazanca haram qatmaq istəyən və çörəyi dizinin üstündə olanlar barədə ciddi tədbirlər görülməli, cəzalar sərtləşdirilməli, cərimələr artırılmalıdır.
Əks halda qida təhlükəsizliyini təhdid altında qoyan keyfiyyətsiz və təhlükəli çörək və un məmulatları istehlakçıların sağlamlığını böyük risk altında qoyacaq.
Sonra demədi, deməyin…
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub