Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
18-07-2025 [13:54]
İyulun 17-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Mia.az-ın məlumatına görə, müşavirəni giriş nitqi ilə açan Nazim Rəcəbov bildirib ki, hesabat dövründə Prezident İlham Əliyevin siyasi kursunun əsas prioritetlərindən biri kimi korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib:
"Bu sahədə ölkədə iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin şəffaf və sağlam əsaslarla qurulması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilmişdir".
Daha sonra Baş İdarə rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 5713 müraciətinə baxılmışdır.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülmüşdür.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 66 təqdimat göndərilmişdir. Təqdimatlara əsasən həmin qurumların bir sıra işçiləri intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.
Əməliyyat qurumları tərəfindən 59 cinayət işi başlanmış, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanmış, habelə axtarışda olan 7 nəfər saxlanılmışdır.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunmuşdur.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.
Nazim Rəcəbov həmçinin bildirib ki, hesabat dövründə Baş İdarənin beynəlxalq fəaliyyəti istiqamətində də mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq nüfuzu və etimadı daha da artmışdır. Bu xüsusda may ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Onuncu Görüşü və Altıncı Plenar İclası Azərbaycan Prokurorluğunun qlobal antikorrupsiya platformalarında fəallığının və təşəbbüskarlığının növbəti təzahürü olmuşdur.
Müşavirədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq göstərişləri də iştirakçılara çatdırılıb. Daxil olmuş müraciətlərinə baxılmasının nəticəsi barədə vətəndaşların dəqiq və dolğun şəkildə məlumatlandırılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələr üzrə davamlı təhlillərin aparılması istiqamətlərində işlərin davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Əməliyyat müşavirəsinin sonunda Nazim Rəcəbov vurğulayıb ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nəzarət daimi diqqətdə saxlanılmalı, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsi, əmlakın bərpası və qətimkan tədbirlərinin səmərəli tətbiqinə xüsusi önəm verilməlidir. O, bu kimi məsələlər ətrafında aparılan geniş təhlillərdən sonra qarşıdakı dövr üçün müvafiq tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına verib.
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Bakıda beynəlxalq elmi konfrans keçirilir
WUF13-ün internet saytı fəaliyyətə başlayıb