Sabiq deputat AHİK sədrini "vurdu" - "Dörd-beş nəfər birdən istefa verir, yaxud..." 

img

16-07-2025 [14:21]


“Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (HİK) sədr gələndən sonra müəyyən sanatoriyalarla bağlı dəyişiklik oldu, mərkəzləşdirilmiş sistem yaradıldı. Bu sistem əsasında vətəndaş birbaşa müraciət edib sanatoriya seçib, ödəniş edir. Müəyyən qədər bu kimi dəyişikliklər də baş verdi. Amma tez-tez müxtəlif məsələlərlə bağlı xəbərlər alırıq. Son eşitdiklərimizə görə, AHİK-dən dörd-beş nəfər birdən istefa verir, yaxud kütləvi ixtisarlar aparılır. Pensiyaçıların sanatoriyalara göndəriş ala bilməmələri kimi narazılıqlar da eşidirik. Mən və ailə üzvüm Naftalan sanatoriyasına göndəriş aldım. Əvvəllər həyat yoldaşım da, mən də 15% ödəniş edirdik. İndi isə bu qayda dəyişib, bahalaşma var. Həyat yoldaşı 50% ödəniş edir”.

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

O bildirib ki, sanatoriyalarda istirahət müddəti də dəyişib: “Əvvəllər sanatoriya iki həftəlik idi, indi isə on günə endirilib. Bəzi dəyişikliklər vətəndaşların xeyirinə deyil. Vətəndaşların zənglərinə cavab verilmədiyinə dair də məlumatlar var. Güman edirəm, bunlar aradan qaldırıla bilinməsi məsələlədir. Sədr çox ciddi kadr dəyişikliyi aparır. Yəqin, struktur dəyişikliyi və funksional dəyişikliklərə də nail ola bilər. Hesab edirəm, dövlət rəhbəri onu müdafiə edə bilər. Çünki AHİK könüllü ittifaqdır. Bir çox hallarda vətəndaşların öz razılıqları olmadan onları AHİK-ya üzv yazırlar, əməkhaqqından tuturlar. Belə hallar da var, bunlar köklü problemlərdir və davam edir, yeni deyil. Bu sahədə səyləri artırmaq lazımdır. Buna görə  də yekun qiymət vermək istəmirəm. Gözləyirik ki, hansı müsbət dəyişikliklər olacaq. Bunu arzu edirik”.

Xatırladaq ki, AHİK-dən birdən-birə 4 nəfərin istefa ərizəsi yazması xəbərini bir neçə gün əvvəl Mia.az yayımlayıb.

Həmin xəbəri buradan oxuya bilərsiniz:

https://mia.az/w1085654/ahik-de-4-nefer-istefa-verdi-nbspsedrle-qohumlari-uz-uze-geldi-2025-07-15-151004

MİA.AZ

dörd-beş nəfər birdən istefa verir, yaxud kütləvi ixtisarlar aparılır

 


Digər xəbərlər
SON XƏBƏRLƏR