Baş prokuror Səfərov qardaşlarının Rusiyada amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
01-07-2025 [13:28]
Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanıb.
Bu barədə Mia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ilkin istintaqla müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycanəsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
Rusiya Federasiyasının adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycanəsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulub və ağır bədən xəsarətləri yetirilib.
Nəticədə 1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.
İstintaq zamanı təyin edilmiş Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümlədən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemorrogik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində ölüb.
Həmçinin Rusiya Federasiyasının səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən saxlanılmış digər çoxsaylı şəxslərə qarşı da eyni üsulla işgəncələr tətbiq edilməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış digər Azərbaycan Respublikası vətəndaşlarının olması və hazırda Rusiya Federasiyası ərazisində tibb müəssisəsində müalicələrinin davam etdirilməsi müəyyən edilib.
Toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.
Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, istintaqın effektiv aparılması və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün zəruri əməkdaşlıq təmin ediləcək.
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
Partlayış baş verən kinostudiyasının ərazisində zərərsizləşdirmə və təmizləmə işləri aparılır
Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik
Paşinyan II Qareginin istefasını tələb edib
Gürcüstanın müvəqqəti işlər vəkili Böyük Britaniya XİN-ə çağırılıb
Baş prokuror Səfərov qardaşlarının Rusiyada amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Tramp bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Beşiktaş" ingilis hücumçunu İstanbula dəvət edib
"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşıb
Azərbaycan səfiri Rusiya XİN-də - Bir saatlıq müzakirə olub
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub
Ermənistan polisi həbs edilmiş din xadimlərinin və onların yaxınlarının əmlaklarını araşdırır
İran Prezidenti Xankəndiyə səfər edəcək
Azərbaycan Prezidenti Somali liderinə təbrik məktubu göndərib
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Aran rayonlarında 35 dərəcə isti olub
Tramp Yaponiyanı hədələyib: "Qıtlıq yaşayırlar, lakin bizdən..."
Türkiyədə 10 nəfər casusluq ittihamı ilə tutulub
Kərkükə raket hücumu olub - Hansı qüvvənin atdığı araşdırılır
PENSİYA YAŞI DAHA 6 AY ARTIRILDI
Rusiyada öldürülən azərbaycanlıların meyiti Ağcabədiyə gətirilib - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzza bomba altında: daha 97 mülki şəxs həlak olub
Yanğınsöndürənlər snayperlə vurulub - İki nəfər ölüb
İsrail çimərliyi bombalayıb - 21 nəfər ölüb, biri jurnalistdir
Ağ Ev: "Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcək"
Telekanal satılıb? - Açıqlama
Rusiyanın xarici borcu 317,5 milyard dolları aşdı
CHP-nin qurultayı ləğvi: Kılıçdaroğlu, yoxsa Özəl? - SORĞU
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
40 milyon təklif olundu - "Fənərbağça" geri çevirdi
DEPUTATLAR BU QANUNLARA DƏYİŞİKLİK EDƏCƏK - SİYAHI
DİN-dən sensasion əməliyyat: "Sputnik-Azərbaycan”ın ofisində... - RƏSMİ AÇIQLAMA + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bəylər Eyyubov Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olundu - PA-ya yeni posta gətirildi, yerinə isə... (FOTO)
"Qalatasaray" millinin üzvü ilə müqavilə bağlayacaq - 4 illik
Azərbaycan Rusiyanın təzyiqlərinə qarşı durmaq və... - Yekaterinburqdakı vəhşətin izi ilə (TƏHLİL)
Ərdoğan Böyük Britaniya XİN başçısını qəbul edib
Bakıda oğurluq edənlər tutulub
Ceyhun Bayramov Özbəkistan XİN rəsmisi ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı