Tramp Yaponiyanı hədələyib: "Qıtlıq yaşayırlar, lakin bizdən..."

img

01-07-2025 [08:33]


ABŞ prezidenti Donald Tramp Yaponiyanı təhdid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, özünə məxsus olan “Truth”da yazıb.

ABŞ lideri bildirib ki, Yaponiyaya böyük hörmət bəsləyir: "Ancaq onlar düyülərimizi almırlar, buna baxmayaraq, ölkədə ciddi düyü qıtlığı yaşayırlar. Başqa sözlə, biz onlara sadəcə məktub göndərəcəyik və uzun illər ticarət ortağı olmaqdan xoşbəxt olacağıq".

Tramp xatırldaıb ki, 200-dən çox ölkənin hamısına tariflə bağlı yeni müqavilə bağlamaq mümkün deyil, lakin onların hər birinə 1-2 həftə ərzində məktublar göndərərək ABŞ ilə iş görmək üçün ödəməli olacaqları tarif dərəcələrini açıqlayacaq: “Sadəcə hamıya məktublar göndərmək istərdim ki, təbrik edirəm, 20, 25, 40, 50 faiz tarifi ödəyəcəksiniz”.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR