Kərkükə raket hücumu olub - Hansı qüvvənin atdığı araşdırılır

img

01-07-2025 [08:18]


İraqın Kərkük şəhərindəki Kərkük Beynəlxalq Hava Limanına raket zərbələri endirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kərkük Beynəlxalq Hava Limanı Administrasiyası bəyanat verib.

Bəyanatda deyilir ki, yerli vaxtla saat 23:30 radələrində mənşəyi və mənbəyi məlum olmayan 3 raket hava limanına düşüb: "Raketlərdən ikisi hava limanının hərbi ərazisinə, biri isə mülki əraziyə düşüb. Mülki əraziyə düşən raket otluq ərazidə yanğına səbəb olub. Yanğın qısa müddətdə söndürülüb. Bir 1 nəfər yüngül yaralanıb. Hava limanının uçuş-enmə zolağına və digər obyektlərinə heç bir ziyan dəyməyib".

Kərkük Polis İdarəsindən isə bildirilib ki, Urube rayonuna atılan raketin haradan fırladııldığlı bəlli deyil: "Araşdırılır"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR