Dilarə Əliyeva qardaşının səhhətindən danışdı: "72 saatlıq mərhələni keçməlidir..."

img

23-06-2025 [11:22]


Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Mia.az xəbər verir ki, aktyorun bacısı Dilarə Əliyeva Report-a bildirib ki, qardaşı hələ də reanimasiyadadır və qarşıdakı 72 saat önəmlidir.

Onun sözlərinə görə, qardaşına anevrizma diaqnozu qoyulub: "Xəstə 72 saatlıq mərhələni keçməlidir. Həkimlər mümkün müdaxilələri edirlər. Orqanizmdə bir-birindən xəbərsiz fazalar var. Bədənin necə reaksiya verəcəyi dəqiq bilinmir. Ümid edirik ki, bu önəmli zamanı da keçirər. Bundan sonra da bir həftə xüsusi həkim nəzarətində olmalıdır. Həkimlər mümkün hər şeyi edirlər. Bizə isə dua etmək qalır".

Qeyd edək ki, aktyor iyulun 19-da Sumqayıtda xəstəxanaya müraciət edib. Həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu qoyulub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:36 23.06.2025

Sabah yağış yağacaq