Tələbələr narazılıq edir - TİKA isə oxu başqa istiqamətə yönəldir
20-06-2025 [17:58]
“2025-ci il üçün xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr 30 iyun tarixinə qədər imtahan nəticələrini Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etməlidirlər. Lakin 2024-cü il üçün sənəd qəbulu 1 avqust tarixinə qədər davam edirdi. Qəbul tarixinin anidən 30 gün qabağa çəkilməsi bizim təhsil hüququmuzu məhdudlaşdırır”.
Mia.az-ın məlumatına görə, bu iddia ilə “Qafqazinfo”ya xaricdə təhsil alan bir qrup tələbə müraciət edib.
Onların sözlərinə görə, 7 iyuldan isə Azərbaycana köçürülmə sisteminə müraciət üçün zaman ayrılıb. Lakin vaxt az olduğundan tələbələr imtahan nəticələrini aidiyyəti quruma təqdim edə bilmirlər: “Bəzi universitetlərdə imtahan nəticələri yalnız 10-15 iyul tarixlərində açıqlanacaq. Belə olan halda biz çatdırıb sənədlərimizi təqdim edə bilmirik. Bizə vaxtın ötənilkindən fərqli olaraq bu il irəli çəkilməsi ilə bağlı heç bir izahat da verilmir. İstəyərdik ki, bütün tələbələr bərabər imkanlardan istifadə edə bilsinlər. Bu, təhsil sistemimizin daha ədalətli və şəffaf olmasına kömək edəcək”.
Problemlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, bu il yerdəyişmə prosesinin daha səmərəli təşkili məqsədilə önə çəkilməsi nəzərdə tutulub: “Xarici təhsil müəssisələrində imtahan nəticələri fərqli vaxtlarda elan olunur. Buna baxmayaraq, tələbələrin yerdəyişməsinin çevikliyini, səmərəliliyini təmin etmək və yeni tədris ili başlayana qədər prosesi başa çatdıra bilmək üçün bu il sözügedən prosesin önə çəkilməsi nəzərdə tutulub”.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) isə qeyd edilib ki, onların mandatı yalnız qismən tanınma ilə bağlıdır: “TKTA tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik tanınma şəhadətnaməsi təqdim olunur.
Köçürülmə sisteminə müraciət etmək üçün tarix isə aidiyyəti qurum tərəfindən müəyyən edilir. Ona görə də TKTA tərəfindən Azərbaycana köçürülmək istəyən tələbələrə 30 iyun tarixinə qədər ali təhsil müəssisələrinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən müvafiq transkripti təqdim etməyə vaxt verilib.
Məlumat üçün bildiririk ki, təqdim olunan sənədlərin ekspertiza prosesi bir neçə mərhələni əhatə etdiyi üçün ən azı 1 həftə vaxt tələb olunur”.
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR