Reytinq, yoxsa gözü götürməzlik?
18-06-2025 [23:01]
Dünya universitetlərinin reytinqində eyni xal toplayan iki universitetimizdən, BDU və Xəzər Universiteti arasında ayrı seçkilik edib, BDU-nu “ölkədə ən yüksək nəticə qazanan” kimi təqdim etmək,yumşaq desək haqsızlıqdır…
Bugünlərdə Dünya Universitetlərinin 2025-ci il üzrə reytinq cədvəli açıqlanıb. Mətbuatdan məlum olur ki, Azərbaycan reytinq cədvəlində ötən il 17 universitetlə təmsil olunurdusa, bu il həmin rəqəm 25-dir. Mütəxəssislərin bildirdiyinə görə bu, bu çox yaxşı göstəricidir. Bəs bu reytinq cədvəlində universitetlərimiz neçənçı sıralarda qərarlaşıblar?
“Times Higher Education” (THE) tərəfindən “İmpact Ranking 2025” nəticələri belə açıqlayıb.
Onu da qeyd edək ki, bu ilki siyahıya, ilk dəfə düşən universitetlər də var. Onlar siyahıda aşağıdakı kimi sıralanıblar: Bakı Ali Neft Məktəbi (801–1000), Azərbaycan Dövlət Aqrar Universiteti (1001-1500), Lənkəran Dövlət Universiteti (1001-1500).
. Bu reytinq 2526 universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) töhfəsini qiymətləndirir. Təhsil eksperti Kamran Əsədov Medianews.az -a bildirib ki, Azərbaycan bu il 25 universitetlə təmsil olunaraq, öz tarixində ən yüksək iştirak göstəricisinə nail olub. Ötən il bu rəqəm cəmi 17 idi. Bu siyahıda təmsil olunan digər universitetlər belə sıralanıb:
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) 801-1000;
Bakı Ali Neft Məktəbi (BANM) 801-1000;
Azərbaycan Dövlət Texniki Universiteti (AZDU) 1001-1500;
ADA Universiteti (1001-1500);
Lənkəran Dövlət Universiteti (LDU) 1001-1500;
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) 1501+
Bəs bu sıralamada ən yüksək göstərici ölkəmizdəki hansı universitetlərə məxsusdur? 401–600-cü yerlərdə Bakı Dövlət Universiteti və Xəzər Universiteti qərarlaşıb.Mütəxəssislərin də bildirdiyinə görə, dünyanın 2526 universiteti arasında bütün əmsallar üzrə 401-600-cü yerləri qazanmaq gözəl nəticədir. Maraqlıdır ki, həm BDU, həm də Xəzər universiteti eyni nəticə göstəriblər. Buna baxmayaraq, bəzi gözü götürməyənlər BDU-nun qazandığı yeri ölkə üzrə ən yaxşı nəticə kimi qeyd edirlər. Bu isə açıq-aşkar Xəzər universitetinin haqqına girməkdir.
Məlumat üçün qeyd edək ki, 106 yaşı olan BDU dövlət universitetidir, Müstəqillik illərinin məhsulu olan Xəzər isə, özəl Ali məktəbdir. BDU dövlət tərəfindən hərtərəfli təmin olunsa da, Xəzər universiteti özəl olduğu üçün, bütün təminat öz üzərindədir. BDU-da 22 mindən yuxarı tələbə, 5 minə yaxın professor, müəllim heyəti, Xəzərdə isə, 5 min tələbə və təxminən 400 nəfər professor, müəllim çalışır. Reytinqə tələbə və müəllim heyətinin say çoxluğu təsir etsə də, Xəzər Universiteti bu rəqabətə davam gətirərək, bütün əmsallarda BDU ilə eyni nəticəyə nail olub. Hətta aldığım məlumata görə, bəzi əmsallarda Xəzər universiteti daha yüksək nəticə göstərib. Bütün bunları nəzərə almadan, “ölkə üzrə ən yaxşı nəticə BDU-ya məxsusdur” yazılması haqsızlıqdır. Əgər deyilsəydi ki, ölkə üzrə ən yaxşı nəticəni dövlət universitetləri arasında BDU, özəl universitetləri arasında isə, Xəzər universiteti qazanıb, yenə dərd yarı idi. Mən bununla BDU-nun qazandığı nəticəyə əsla kölgə salmaq istəmirəm və belə bir niyyətim də yoxdur. BDU qeyd etdiyim kimi 106 yaşı olan qocaman təhsil ocağıdır və həmişə də fəxr etdiyimiz bir universitet olub. Sözüm və iradım eyni nəticə göstərən univesitetdən birini fərqləndirib, o birini aşağılayan həmkarlarımadır.
Məhz belə həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu gün Xəzər universiteti çoxillik uğurlu fəaliyyətinin nəticəsi olaraq, Avropada sayılıb, seçilən universitetlər sırasındadır. İngilis dilində təhsil alan bu universitetin məzunlarının sədası, dünyanın ən nüfuzlu elm, təhsil ocaqlarından, Avropada və dünyada müxtəlif vəzifələrdən gəlir. Bunu görməzlikdən gələrək, eyni sırada qərarlaşan iki universitetdən birini “ölkə üzrə ən yaxşı nəticə qazanan” kimi təqdim edən jurnalist, ən azından öz qələminə hörmətsizlik edir.
Xəzər universitetində tələbələrin elmi biliklərə mükəmməl yiyələnməsi üçün yaradılan ən yüksək şərait, alınan müasir avadanlıqlar öz daxili imkanları hesabınadır. Bu universitetdə day-day,tanış, pul heç bir rol oynamır. Çünki Universitetin yaradıcısı, dəyərli ziyalı, nüfuzlu elm adamı, vətənpərvər insan olan professor Hamlet İsaxanlı,universitetdə elmə yiyələnmək üçün elə bir işıqlı yol açıb ki, daha burada qaranlıq işlərə heç bir yol qalmır. Sonra gələnlər də, bu işıqlı yolla getməyi özlərinin şərəf borcu bilirlər. Xəzər universiteti bu işıqlı yolla getdiyi üçün Avropada da tanınır və qəbul edilir.
Dəyərli həmkarlar,gəlin hərənin haqqını özünə verək ki, balalarımızın elmə yiyələnməsi yolunda əziyyət çəkənlərin əziyyətini itirib,onları ruhdan salmayaq. Sonda onu da qeyd edim ki, nə BDU-da, nə də Xəzər universitetində, vaxtı ilə təhsil almış və ya hazırda oxuyan heç bir övladım yoxdur. Qızım vaxtı ilə başqa universitetdə təhsil alıb, oğlum isə bu gün Azərbaycan Dövlət Texniki Universitetinin məzunu oldu. Amma haqsızlıq görəndə susmaq olmur. Yeri gəlmişkən, həm BDU-nun, həm də Xəzər Universitetinin bugünlərdə məzunu olan bütün tələbələrini təbrik edirəm(Mektebgushesi.az).
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun