"Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub - Açıqlama
18-06-2025 [09:07]
"Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Mia.az Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, tanınmış mədəniyyət və elm xadimləri, müsabiqədə təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.
Əvvəlcə gecənin aparıcıları muğam sənətinin tarixi və inkişaf mərhələləri haqqında məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinin, o cümlədən musiqi və muğam sənətinin inkişafına, təbliğinə davamlı diqqət və qayğı göstərilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva da mədəniyyətin və ulu muğamın böyük himayədarıdır. Təsadüfi deyil ki, məhz Mehriban xanımın səyləri və qayğısı ilə Azərbaycan muğamı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. “Muğam aləmi” festivalı da 2009-cu ildən məhz Mehriban Əliyevanın təşəbbüsü və himayəsi ilə təşkil olunur.
Ardınca festivalın “Bayatı” adlı möhtəşəm qala konserti təqdim edilib.
Azərbaycan, Türkiyə, Mərakeş/İspaniya, İraq/BƏƏ, Özbəkistan/Tacikistan, Qazaxıstan/Kanada, Hindistan və Monqolustandan olan ifaçı və kollektivlərin etnik-mədəni zənginlikləri ilə yaddaşlara yazılan çıxışları dinlənilib.
Qala konsert Xalq artisti Alim Qasımov və qrupunun ifasında "Muğamat var olan yerdə..." adlı musiqi nömrəsi ilə başa çatıb. Bütün ifalar tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, “Muğam aləmi” festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların iştirakı ilə muğam müsabiqəsi keçiriləcək.
Festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu da daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.
Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.
İyunun 22-dək davam edəcək festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşir.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı