Kamran Əliyevdən yeni - Təyinatlar

img

17-06-2025 [15:51]


Baş prokuror Kamran Əliyev yeni təyinatlara imza atıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Bundan başqa Baş Prokuror Kamran Əliyevin digər əmri ilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR