"Sity Net" "Jurnalistlərin binası"nda "üsyan"a zəmin yaradıb - Şirkət abunəçilərinə necə fırıldaq gəlib? (Yenilənib)
10-06-2025 [16:27]
"Sity Net" şirkəti Jurnalistlərin binasındakı abunəçilərinə kələk gəlib.
Bu barədə Mia.az-a məlumat verən sakinlərdən biri deyib ki, ötən ay provayder şirkətdən yaşadığı mənzilə internet xətti çəkdirib: "Həmin vaxt mənə deyildi ki, bəs bir ay abunə haqqını ödəyəcəksiz, növbəti ay isə yox. Yəni, bir ay güzəşt olunacaq. İndisə belə çıxır ki, bu, kökündən yalan vəd olub. Bəli, fakt budur ki, şirkət jurnalistlərə ya bilərəkdən yalan deyib, yaxud da adam yerinə qoymayaraq kələk gəliblər.
Məsələn, mən iki gündür zəifləyən internetlə bağlı şirkətlə əlaqə yaratdıqdan sonra mənə tamam fərqli şərtlər deyilib. Operator dedi ki, mənzilə gələn adam sizə yalan deyib, növbəti ayda güzəşt olunmayacaq. Pis hallardan biri də budur ki, şirkət nümayəndələri sakinlərə müqavilə belə təqdim etməyiblər. Bəli, bəzi sakinlər jurnalistlərin olduğu binada fırıldaqçılıq olmayacağını zənn etdiyindən çəkiliş vaxtı müqavilənin surətini tələb etməyiblər. Şirkət isə yəqin ki, bundan sui-istifadə edərək, müqaviləni öz xeyrinə doldurub. Şəxsən mənə maraqlıdır, müqavilənin bizə aid olan nüsxəsinə kim qol çəkib? Hanı müqavilə?! Niyə şirkət sakinlərə belə fırıldaq gəlib?"
Digər jurnalist sakin isə Mia.az-a deyib ki, ona da fırıldaq gəliblər: "Bir aylıq güzəştləri cəhənnəmə qalsın, kontur kampaniyasında da məni aldatdılar. Daha doğrusu, dirəşdikdən sonra bir ay kontur vuruldu, digər ayda isə olmadı".
Sakinlərin votsap qrupunda gedən müzakirələrdən isə bəlli olub ki, şirkət binaya iki qrup göndəribmiş: "Onlar sakinləri 7 ildir istifadə etdikləri "Azevrotel"dən "qoparmaq" üçün müxtəlif şirnikləndirici güzəştli vədlər veriblər. İndisə bəlli olur ki, bunların hamısı yalan imiş. Məqsəd dövlət provayderi olan"Azevrotel"i həm də çökdürmək olub. Bütün hallarda isə əziyyət çəkən yenə binanın sakinləri olub. İndi siz təsəvvür edin ki, bunlar jurnalistlərə "atıblar". Görün, digər binalarda istifadəçilərin başına hansı oyunlar açılır?!".
Jurnalistlərin biri məsələ ilə bağlı şirkətlə əlaqə yaradıb. Şirkətdən bildirilib ki, məsələ araşdırılacaq.
Onu da qeyd edək ki, narazı jurnalistlər yaranmış vəziyyətlə bağlı əlaqədar rəsmi qurumlara şikayət məktubu da hazırlayırlar.
P.S. Yazının yayılmasından sonra "SityNet"dən Mia.az-a zəng olunub. Söhbət əsnasında yazıda qeyd olunan faktlar daha detallı şəkildə şirkət rəsmisinə verilib. Şirkət rəsmisi söz verib ki, sadalananlar ciddi şəkildə araşdırılacaq...
P..P.S. Bir qrup jurnalist isə qarşılaşdıqları neqativ hallarla bağlı şirkətin ciddi tədbir görməyəcəyi təqdirdə, ölkə rəhbərliyinə birgə müraciət edəcəklərini bildiriblər...
F.ƏHMƏD
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun