HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: "Oturub izləyirəm ki, bir az da məşhurlaşım" - Rəsmi araşdırma başladı VİDEO (Yenilənib)
05-06-2025 [14:54]
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) araşdırma başlayıb.
Bu barədə Mərkəz məlumat yayıb.
Bildirilib ki, tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir:
"Mediada və sosial şəbəkələrdə yayılan “Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək".
Eyni zamanda qeyd olunub ki, belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə edərsə, onlardan izahat alınır. Analoji hadisələrin təkrarlanacağı təqdirdə isə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir.
Qeyd edək ki, ötən günlərdə "Məlhəm" klinikasının mammoloq-radioloqu Günel Qəmbərova "instagram" sosial media hesabında işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü paylaşıb.
***
Daha bir həkim əməliyyat zamanı çəkdiyi videonu izləyicilərinə nümayiş etdirib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu dəfə tanınmış Mammoloq-Radioloq Günel Qəmbərova bu addımı atıb.
Məlhəm Beynəlxalq Hospitalında pasiyentin intim bölgələrini yayımlamaqdan çəkinməyən G.Qəmbərovanın proses zamanı bayağı davranışı da birmənalı qarşılanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əməliyyat zamanı yayım açan həkimlərə xəbərdarlıq edib:
“Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.
Yuxarıda qeyd olunan fəaliyyət, “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz (300) manatdan beş yüz (500) manatadək məbləğdə, hüquqi şəxslər min (1000) manatdan iki min (2000) manatadək məbləğdə cərimə edilir”, - məlumatda vurğulanıb.
Göründüyü kimi, G.Qəmbərova sözügedən videonu yaymaqla dövlət qurumunun xəbərdarlığını heçə sayıb.
Həkimdən fərqli olaraq, sözügedən videonu etik qaydalar çərçivəsində təqdim edirik:
***
Məşhur deyildim, məşhur oldum, çox sağolsunlar. Heç bir hüquqi əsas olmadan səhifəmdən götürüb paylaşıblar"
Mia.az-ın məlumatına əsasən, bunu Demokrat.az-a açıqlamasında yayılan görüntüləri ilə bağlı danışan radioloq-mammoloq Günel Qəmbərova deyib.
O bildirib ki, pasiyentin videonun paylaşılması ilə bağlı narazılığı olmayıb: "Xəstə məmnun, mən məmnun. Xəstənin üzü bağlanıb, süd vəzisi isə bütün paylaşımlarımda göstərilir. Mənim işim süd vəzidir. Bu adi bir prosedurdur, əməliyyat deyil. Radioloq əməliyyat həkimi deyil. Oturub izləyirəm ki, bir az da məşhurlaşım".
Qeyd edək ki, Günel Qəmbərovanın prosedur zamanı çəkilən əyləncəli görüntüsü, videoda pasiyentin sinəsinin görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun