"Razin"də Kühüldağ zirvəsini kim və kimə satıb? - Sabiq deputat "görməmiş" məmurları "yıxıb-sürüdü", "DƏMİR YUMRUQ" tələb etdi
03-06-2025 [08:54]
"İndicə oxudum ki, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi satılır və dağın zirvəsi qaya dağıdan buldozerlər vasitəsilə dağıdılır, müvafiq dövlət orqanlarına (Sabunçu Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və s.) müraciət olunsa da zirvənin dağıdılması işləri davam edir".
Mia.az xəbər evrir ki, bu sözləri sabiq deputat, fəaliyyəti dayandırılmış Aydınlar Partiyasının keçmiş sədri Qulamhüseyn Əlibəyli Feysbuk-dakı səhifəsində yazıb.
Sabiq deputatın sözlərinə görə, bir müddət bundan əvvəl Bakıxanov qəsəbəsində yerləşən qayalıqlar fərdi yaşayış evləri tikintisi üçün tamamilə satılıb: "Şıxov bölgəsində dənizin kənarında yerləşən qayalıq satıldı və tamamilə məhv edildi. Həmin dövrdə Milli Məclisin üzvü olan, görkəmli şair, publisist və siyasətçı Sabir Rüstəmxanlı bu məsələni müzakirəyə çıxarsa da, bir nəticəsi olmadı. Eşitdiyimə görə, Əlincə qalası da satılıb qurtarıb.
Görünür, vətəndaşların yaşadıqları mənzillərin yerləşdiyi ərazilərin sahibkarlara satılması, öz mənzilini satmaq istəməyən vətəndaşların evlərini buldozerlər vasitəsilə onların başına uçurulması hakimiyyət dairələri üçün yetərli deyil. Ona görə də təbii landşaftların məhv edilərək hissə-hissə satılması prosesini sürətləndiriblər. Təbii landşaftların, o cümlədən qayalıqların və digər təbiət obyektlərinin sahibkarlara satılması, sonradan dağıdılaraq məhv edilməsi indiki və gələcək nəcillər qarşısında ağır bir cinayətdir, ekoloji balansın və təhlükəsizliyin pozulmasına və son nəticədə gələcək nəzillərimizin ekoloji fəlakətlə üzləşməsinə gətirib çıxaracaq".
Sabiq deputat bildirib ki, bu gün üçün yaşayan və tutduğu vəsifənin imkanlarından istifadə edərək daha çox pul qazanmağa çalışan görməmiş məmurlarımız, həmin məmurlarla əlaqəyə girib təbii landştaflara mülkiyyət hüququ əldə edən və sonradan həmin təbii obyektləri sataraq daha çox varlanan görməmiş “sahibkarlar”ımız bu təhlükənu dərk etmirlər və edə də bilməzlər: "Çünki bu gün onların övladları, sabah isə özləri və ailələri xarici ölkələrdə (az halda olsa da Azərbaycanda) sakit bir güşədə lövbər salıb xalqımızın hesabına sahib olduqları haram pulla kef çəkəcək,bəzi hallarda isə həmin pulun bir hissəsini xarici dövlətlərə verməklə canlarını qurtaracaqlar.
Sıravi vətəndaş həyətinin bir hişəsində taxtanı taxta üstünə qoyaraq nə isə bir xırda iş görmək istəyəndə öz qarşısında onlarla dövlət qurumunun nümayəndələrini görür, təbii landştaflar barbarcasına dağıdılanda isə həmin qurumlar yoxa çıxırlar.
Belə getsə, Qız Qalası da, Qobustan qayalıqları da, digər təbiət obyektləri və mədəni sərvətlərimiz də tezliklə görməmiş məmurlarımız və “sahibkarlar”imiz tərəfindən məhv ediləcək".
O, sonda əlavə edib ki, yaxın vaxtlara kimi, Buzovnada dənizin kənarında yerləşən qayalıqlar da oxşar taleni yaşayıb: "Lakin Prezident İlham Əliyev işə qarışdıqdan sonra bu proses durduruldu. Görünür, ermənilər kimi, görməmiş məmurlarımız və “sahibkarlar”imiz da dəmir yumruq üçün darıxıblar".
Samir MUSAYEV
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun