Ağdamda insan skeleti aşkarlanıb

img

26-05-2025 [12:11]


Ağdamda insan skeletinə bənzər sümük fraqmentləri aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA