“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatdı - VİDEO

img

26-05-2025 [11:06]


Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb. 

Mia.az xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan builki festivalda səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb.

Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdam, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşada keçirilir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:02 27.05.2025

Ərdoğan Laçına gəlir

11:32 27.05.2025

Sabahın hava proqnozu...