HƏQİQƏTİN MATRİSASI: və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
23-05-2025 [08:40]
“Həqiqəti üzə çıxarmaq cəsarət tələb edir, eşidib qəbul etmək isə güc».
Azərbaycan multikulturalizmi, milli multikultural təfəkkürü yüksək humanist ənənələrə söykənən nadir bəşəri fenomenlərdən biridir. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının mənəvi keyfiyyətini əks etdərən ali mənəvi dəyəridir ki, ümumdünya mənəvi irs səviyyəsinədək yüksələ bilər.
Multikulturalizmin Azərbaycan modeli qədim birgə yaşam tərzi ənənələrinə malikdir. Tarixən doğma torpaqlarımızda çoxsaylı fərqli etnik qruplar sülh, əminamanlıq, dostluq və qarşılıqlı hörmət mühitində yaşayıb və bu ənənə davam etməkdədir. 44 günlük Vətən müharibəsi dövründə və hazırda post-müharibə dönəmində Azərbaycanın avtoxton (yerli) əhali ilə allohton (gəlmə) əhalinin münbit multikultural mühitdə birgəyaşamı özünü azərbaycançılıq ideologiyasının nəzəri aspekti kimi deyil, məhz Vətən uğrunda real konkret fədakarlıq nümunələrində doğrultdu.
Tarixin müxtəlif dövrlərində torpaqlarımızda məskunlaşan allohton əhalinin (başqa sözlə, müəyyən bir ərazidə sonradan məskunlaşmış etnik qruplar – red.) tarixi vətəni Azərbaycan olmasada, gəlmə etnoslar yerli əhali ilə qurulan mədəni-mənəvi münasibətlərdə yüksək adaptasiya çevikliyini nümayiş etdirib sülh və əmin-amanlıq şəraitində birgəyaşama üstünlük vermişdilər. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bütün Qafqazda ərazi iddiaları ilə çıxış edən bədniyyətli ermənilərxalqların tolerant birgəyaşayışı və mədəni inteqrasiyasının üstünlüklərindən imtina edib monoetnik yaşam prinsipini seçmişlər. Bu yanlış yolu tutanermənilər dünya ictimaiyyəti gözü qarşısında humanizmə, insanlığa zidd bir çox bağışlanmaz tarixi cinayət əməllərinə imza atmışlar. Amma haqq-ədalət öz yerini tutdu! Müzəffər Ordumuz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Vətənimizə qarşı hərbi cinayətlər törətmiş erməni əsillilərin məhkəməsi dünyaya Azərbaycanın ədalət və həqiqət prinsiplərinə sadiqliyini nümayiş etdirdi.
Bu bir gerçəklikdir ki, fədakar tarixçi alimlərimizin “erməni falsifikasiyası”nın ifşa edilməsində çəkdikləri zəhmət haqq-ədalətin bərpa olunması yolunda danılmaz şücaətdir.
Bu baxımdan, 2025-ci ilin əvvəllərində “Füyuzat” nəşriyyatında tarix elmləri doktoru Həcər Verdiyevanın “На матрице истины: армяне – аллахтоны на Кавказе” (“Həqiqətin matrisası: ermənilər – Qafqazda allohtondurlar”, rus dilində) dərc olunan kitabı dünya ictimaiyyətinə həqiqətləri göstərən fundamental tədqiqat işidir.
“Böyük Ermənistan” mifini geniş faktoloji baza əsasında darmadağın edən araşdırma göstərir ki, ermənilər Qafqazda yerli əhali deyil, allohton əhalidir. Arsızlıq xislətinə sadiq qalanermənilər əsrlər boyu Qafqazda avtoxtonluq iddiasını irəli sürüb, nəinki Azərbaycan xalqına, digər xalqlara və ümumiyyətlə insanlığa qarşı məkrli cinayətlərə əl atmış və Həcər Verdiyeva arxiv sənədləri və faktiki materiallar əsasında Birinci dünya müharibəsi illərində “bədbəxt-aciz” donu altındagizlənən,gözləri qan tutmuş erməni millətçilərinin Orta Şərqdən tutmuş Orta Asiyaya qədər 2 milyon dinc əhalini soyqırıma məruz qoyduğunu göstərmişdir.
Qeyd etmək lazımdır ki, sözügedən kitab müəllifin 2022-2024-cü illərdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş və “Bakinskiy raboçiy” qəzetinin səhifələrində dərc olunmuş məqalələr məcmusudur. Həmin yazılarda ermənilərin Qafqaz meqaregionuna köçlərinin coğrafi xəritəsi cızılmışdır. Nəşr olunmuş məqalələrdə əsrlər boyu davam edən “sərgərdan ermənilərin” Qafqaza köçü, Balkanlardan Kiçik Asiya – Fəratətrafı xoronim – Qafqaz sxemi üzrə, gedişi faktlar əsasında təsdiqini tapmışdır. Cəsarətlə “Qafqazda – ermənilər olmayıb!” qəti qənaətini bəyan edən Həcər Verdiyeva bu fikrinin təsdiqi olaraq ermənilərin Fərat çayı hövzəsində saldıqları qədim şəhərləri və kilsəni, Fəratətrafı məkanda yaratdıqları mərkəzdənqaçma meylli dövləti göstərmişdir.
Həcər Verdiyeva ermənilərin Qafqaz meqaregionunda gəlmə olduqlarını tibbi-anotomik və antropoloji dəlillərlə sübuta yetirmişdir. Faktiki materiallara söykənən müəllif göstərmişdir ki, ermənilərin qeyri-qafqaz antropoloji tip olduqlarına semit xalqlarına xas immun sisteminin səhvən aşkar bir infeksiya olmadan iltihabla müşahidə olunan “erməni xəstəliyi” adlanan otoinflamatuar xəstəlik işarət edir.
Tarix elmləri doktoru Həcər Verdiyeva ərsəyə gətirdiyi kitabında ermənilərin şəcərəsini izləyərək tarixi saxtakarların uydurduqları “Urartu konsepsiya”sını da ifşa edir. Erməni əfsanələrini izləyən müəllif “Ararat mifi”ndə müasir sivilizasiyamızın ümumbəşəri mədəni simgələrinin mənimsəməsi faktını aşkarlayır. Məlum olur ki, sərgərdan ermənilər Nuhun gəmisinin İncildə vəsf olunan Sararad dağına deyil, Masisə qalxması kimi yalan iddialarla əsrlər boyu Avropa elminə alaq toxumunu səpmişlər. Erməniləri Qafqazaqədərki tarixini araşdıran müəllif erməni saxtakarların dinlər tarixində müqəddəs hesab olunan rəmzələrə əl atmaqdan da çəkinmədiklərini vurğulamışdır. Dünya ictimaiyyətinin ağlına gəlməzdir ki, əslində monofizit və qeyri-pravoslav olan erməni kilsəsinin həvari kilsəsi ilə heç bir əlaqəsi olmamış və erməni kilsəsinin adında “Apostol” sözünün əlavəsi feykdən başqa bir nəsnə deyil.
Problemi tədqiq edən Həcər Verdiyeva kilsə tarixini saxtalaşdıran “arqutin yalanı” fonunda Romanovlar Rusiyasında cərəyan edən hadisələri aydın şəkildə tarixi dəlillərlə oxucuya çatdıra bilmiş, erməni-qriqorian kilsəsinin Azərbaycanın maddi-mədəni irsinə əsassız iddiasını göstərmiş və XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarını zəbt edən Rusiya imperiyasının bölgədə siyasi hakimiyyətini möhkəmləndirmək üçün ermənilərdən alət kimi istifadə etdiyini diqqətə çatdırmışdır.
Məhz XIX əsrin əvvəllərində rus xalqının görkəmli şairi Aleksandr Puşkinin yaradıcılığında yer alan “erməni rəzilliyinin”portreti yağlı boya ilə çəkilir: “Rədd ol.... – Sən çeçen belə deyilsən, sən qoca qarısan... sən qulsan, sən qorxaqsan, sən ermənisən” sətirləri sanki XIX əsrin 90-cı illərində “arqutin yalanı”nın ifşa olunacağına orakul öncəgörməsi kimi səslənmişdir. Puşkin erməniliyin mahiyyətini öncədən görə bilmişdir... Artıq XIX əsrin sonlarında Rusiya ermənilərin yalanlarını ifşa etdikcə onların itaətsizliyi daha da artır, “erməni məsələsi” terror və zorakılıqla müşahidə olunan “erməni sindromuna” çevrilir. Apardığı araşdırmalara söykənən müəllif göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni millətçiliyi açıq terrora keçir: Rusiya hakimiyyətinə qarşı çıxır, Qafqaz meqaregionunda əhaliyə qenosid faciəsini yaşadır.
Geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq istəyirəm ki, işıq üzü görən “На матрице истины: армяне – аллахтоны на Кавказе” kitabının hər fəslində müəllif tərəfindən qaldırılan məsələlər tarixi faktlarla müşahidə olunur. İllər boyu ictimaiyyətdən arxivlərin “dəmir sandıqlarında” gizlədilən “tam məxfi” qrifli sənədlər Həcər Verdiyevanın müəllifi olduğu sətirlərdə həqiqət carçısına çevrilir. Əsərinin sonunda Həcər Verdiyeva Qalib xalqın nümayəndəsi kimi “Böyük Ermənistan” ideyasının məhvə məhkum olub farsa çevrildiyini bəyan edir. 44 günlük Vətən müharibəsi dövründə ermənilər döyüş meydanında ədalətin hökmü qarşısında aciz olduğu kimi, mübariz tarixçi qadın-alimimiz Həcər Verdiyevanın 276 səhifəlik kitabının hər sətrində erməni “yalan-mifoloji təfəkkürü” təkzib olur. Həcər Verdiyevanın qələminin həqiqət qüvvəsi qarşısında məğlub olan “erməni yalanı” ifşa edilir.
Qələmə aldığım qeydlərin sonunda xüsusi ilə vurğulayım ki, tarix elmləri doktoru Həcər Verdiyevanın “На матрице истины: армяне – аллахтоны на Кавказе” kitabı yalnız elmi elit dairələr üçün deyil, xalqımızın qan yaddaşını yaşatmaq əzmində olan ölkəmizin hər bir vətəndaşı üçün gərəkli bir mənbəolub, eyni zamanda Azərbaycanın mədəni-tarixi matrisasını, real tarixi öyrənən geniş spektrli mütəxəssislər üçün peşəkar fəaliyyətlərində gərəkli ola biləcək tədqiqat işidir.
Yeganə Əliyeva - AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
İMİSCOE Miqrasiya Araşdırmaları Mərkəzinin
(Migration Research Hub by İMİSCOE İD 4941 ) eksperti,
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
MİA.AZ
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı