15-08-2014 [01:24]
Azərbaycanın tanınmış rəssamlarından olan Səyyar Əliyev Böyük Britaniyada nəşr edilən nüfuzlu » TEAS » jurnalına eksklüziv müsahibə verib.
Xatırladaq ki, əslən qarabağlı olan rəssamın yaradıcılığının əsas sujet xəttini milli faciələrimiz və işğal altında olan ərazilərin ümumi təsviri təşkil edir. Səyyar Əliyev həm də pedaqoji fəliyyətlə məşğul olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olan Səyyar Əliyev, həm də tarix üzrə fəlsəfə doktorudur.
Səyyar Əliyev öz dünyası olan rəssamdır. Onlarla qeyri-adi əsər onun fırçasına məxsusdur. Rəssamın şəkilləri öz dərinliyi və qeyri-adiliyi ilə insanları cəlb edir. Onun şəkillərinə uzun-uzun və diqqətlə baxa-baxa hər dəfə müxtəlif rakurslarda insan özündə yenilik və qeyri-adilik kəşf edir. Rəssam özü bunu qeyri-adi yaranış adlandırır,daxildən olan proses,enerji reaksiyası onu təmiz kətana doğru aparır və məcbur edir ki, insanlara, heyvanlara, təbiətə, peyzaja məxsus abstrakt rituallığı əsərlərində əks etdirsin. Onun əsərləri əvvəlcədən düşünülmüş eskizlərdə qurulmayıb, onlar birdən yaranır, onlar canlıdırlar və kosmik enerji ilə zəngindirlər. Rəssamın əsərlərində kosmos və rəssam arasında bilinməyən bir əlaqə hiss olunur. Səyyar Əliyevin əsərləri xeyirli təsir göstərir, insanı sakitləşdirir və xoş fikirlərə doğru aparır.Onun əsərlərində eyni zamanda həm gəzmək, həm səyahət etmək, həm dincəlmək, sevinmək və kədərlənmək mümkündür. Onlar emosional. Onlar canlıdırlar. Onun ustalığı özünəməxsus qeyri-adiliyi ilə fərqlənir.
Tanınmış rəssamın ingilisdilli nüfuzlu » TEAS » jurnalına verdiyi eksklüziv müsahibənin tərcümə variantını olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
- Siz hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa aid – Şuşa şəhərində doğulmusunuz. Şuşa sizin təsəvvürünüzdə necə qalıb?
- Mən Şuşaya çox yaxın olan Ağcabədi rayonunda doğulmuşam. Ancaq ömrümün əhəmiyyətli hissəsi Azərbaycan ən dilbər güşəsi olan Şuşa ilə sıx bağlı olub. Orta məktəbi Şuşa şəhərində oxumuşam. Universiteti bitirəndən sonra, yenidən Şuşaya qayıdıb həmin şəhərdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Mənim üçün Azərbaycanın hər bir güşəsi doğma və əzizdir, ancaq Şuşa tam başqa aləmdir. Şəhər qədimiliyi ilə yanaşı, füsünkar təbiəti ilə də insanları valeh edirdi. Təbii ki, belə şəhəri unutmaq olmaz. Şuşanın hazırda işğal altında olması məni daha çox incidir.
- Ermənistan ilə münaqişə başlayan zaman siz orada yaşayırdınız? Öz daimi yaşayış yerinizi nə zaman tərk etdiniz?
- Bəli, münaqişə başlayan zaman mən orada yaşayırdım. 1988-ci ildən bizim soydaşlarımızın demək olar ki, hamısı Ermənistandan qovulmağa başladı. Onlardan Şuşa şəhərinə pənah gətirən ailələr də çox idi. Mən işimlə əlaqədar olaraq, bu kateqoriyadan olan insanlarla tez-tez görüşürdüm. Heç ağlıma gəlməzdi ki, bir gün mən də bu zavallı insanların taleyini yaşamalı olacam. Nəhayət, məlum hadisələrlə əlaqədar 1992-ci ildə mən də ailəmlə Şuşanı tərk etdim. Artıq 22 ildir ki, Şuşa həsrəti ilə yaşayıram. Uşaqlığımın keçdiyi o gözəl yerləri heç vaxt unuda bilmirəm. Mən əminəm ki, yaxın vaxtlarda o yerlərə dönəcəm. Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə vurğulayır ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq, tezliklə ərazi bütövlüyümüz bərpa olacaq və Azərbaycanın bayrağı Xankəndində, Şuşada dalğalanacaq.
- Rəssam və ya musiqiçi ailəsində doğulubsunuz?
- Mən ziyalı ailəsində dünyaya gəlmişəm. Valideynlərim müəllim olub. Baba və nənələrimdən də heç biri musiqiçi və rəssam olmayıb.
- Bizdə olan məlumata görə, Siz həyatınızın bir çox hissəsini məktəbdə müəllim işləmisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Universiteti bitirəndən sonra, mən Şuşa şəhərində olan texniki peşə məktəbində müəllim işləmişəm. Sonra Şuşa Pedaqoji Universitetində dərs demişəm. Hazırda Azərbəycan Dövlət Pedaqoji Universitetində dərs deyirəm. Tarix üzrə fəlsəfə doktoruyam. Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm.
- Rassamlığa bir hobbi kimi yanaşırsınız ?
- Cavab:Yox, mən uzun illərdir ki, rəssamlıqla məşğulam. Bu mənim hobbim deyil. Hələ orta məktəb ilərindən rəssam olmaq arzusunda olmuşam. 2-ci sinifdən məndə rəssamlığa meyl oyanıb. Əsərlərlərim peşəkarlarlar tərəfindən çox yüksək qiymətləndirilir. Mən də bu qənaətə gəlirəm ki, demək nəsə yarada bilirəm.
- Peşəkar rəssamlığa nə vaxt başladınız?
- Artıq 20 ildir ki, mən peşəkar rəssamlığa başlamışam. Elə həmin vaxtdan da əsərlərimi boya ilə çəkirəm.
- Sizin rəsimləriniz Vincent Van Qoq, Jackson Pollock və George Brak kimi ən məşhur Qərb rəssamların rəsmlərinə bənzəyir. Siz Sovetlər tərəfindən təsdiq edilmiş » Sosialist — realist yanaşmanı” qəbul edirdiniz?
- Biz ömrümüzün ən əhəmiyyətli hissəsini Sovetlər dönəmində yaşamışıq. Bu baxımdan da həmin dəyərləri tam inkar edə bilmərik. Bu gün bizim ölkənin də ən tanınmış rəssamları Sovet rəssamlıq məktəbinin yetirmələridir. Bununla yanaşı, mən Qərb rəssamları ilə də çox maraqlanmışam. Siz müəyyən bənzətmə apardınız, ancaq mən heç kimi təkrarlamaq istəməmişəm. Çəkdiyim əsərləri başqa dahi rəssamların da əsərlərinə bənzədirlər.
- Yaradıcılığınızın əsasını hansı mövzular təşkil edir?
- Mənim yaradıcılığımın əsas prioritet xəttini Dağlıq Qarabağ mövzusu təşkil edir . Daha çox Şuşa harayına, Xocalı faciəsinə və Qarabağa aid digər mövzulara üstünlük verirəm. Bununla yanaşı, 20 yanvar faciəsinə aid də əsərlərim var.
- Rəsm çəkən zaman hər hansı bir musiqi dinləyirsiniz ?
- Xeyr, heç bir musiqi dinləmirəm. Tam özümə qapanıram. Ağ kətana yaxınlaşıb fasilə vermədən 4-5 saat işləyirəm. Əsərlirimi əksəriyyətini kompazisiya qurmadan, birbaşa çəkirəm. Nə cəkdiyimi bilmirəm, yalnız çəkib qurtarandan sonra, (buna isə bir neçə gün, bəzən isə həftə sərf olunur) nə çəkdiyim bəlli olur. Əsər ərsəyə gələndən sonra musiqiyə qulaq asıb, şərab içməyi xoşlayıram.
- Dağlıq Qarabağda keçirdiyiniz həyatınız və Ermənistan münaqişəsi mövzu seçiminizə təsir etdirmi?
- Təbii ki, edir. Mən bir az əvvəl də bildirdim ki, Dağlıq Qarabağ faciəsi məni çox narahat edir və mənə faciələri qələmə almaq üçün böyük stimul verir. Oranın hissi, həyacanı heç vaxt məni yalqız qoymur. Yaradıcı adam üçün bu çox böyük dərdir.
-Sizin hər hansı bir əsərinizdə Azərbaycanın milli rəmzləri öz əksini tapırmı?
- Bəli, tapır. Mən Azərbaycan bayrağını, gerbini çəkmişəm. Əsərlərimin çoxunda milli arnament nümunəlri var. Mənə elə gəlir ki, hər bir rəssam öz milli kökünə, təmsil etdiyi dövlətin bütün dəyərlərə bağlı olmaqla yanaşı, həm də onları geniş təbliğ etməlidir.
-Siz yalnız yağlı boyalar istifadə edirsiniz, yaxud sulu rəng , akrilik, heykəltəraşlıq , fotoqrafiya və ya video sənətində də təcrübəniz var ?
-Hər biri barədə təsəvvürüm var. Məsələn, orta məktəbdə oxuyanda heykəltaraşlığa böyük maraq göstərirdim. Müxtəlif fiqurlar düzəldirdim. Hazırda isə daha çox yağlı boya və qrafika ilə işləyirəm.
- Puantillism və ya palitra bıçağı kimi hər hansı bir xüsusi texniki alətlərdən istifadə edirsinizmi?
- Daha çox fırça və mastixin alətindən istifadə edirəm.
- İşləriniz harada nümayiş olunub və satılıb ?
- Yalnız ölkə daxilində fərdi sərgilərim keçirilib. Son sərgilərim Şuşanın işğalının 20 və 21 illiyinə həsr olunub. Ancaq mən əsərlərimin xarici ölkələrdə nümayiş olunmasında çox maraqlıyam. Daha çox mənzərə mövzusunda olan əsərlərim satılır. 2013-cü ildə "Şuşa-Qarabağ” adlı fərdi sərgimdə 70 yaxın əsərim sərgiləndi.
azinform.az
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR