Rəis vəzifədən çıxarılıb

img

19-05-2025 [15:21]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifədən çıxarılıb.

Mia.az Qaynarinfo -ya istinadla xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı İbrəhimov Eyvaz Soltanpaşa oğlu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-nin texnikalar üzrə rəisi olub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.a


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA