Deputat Milli Məclisdə: "Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və..."
16-05-2025 [15:51]
"İnsan alveri insan ləyaqətinin, hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan ağır cinayətdir. Bu, yalnız fərdi deyil, eyni zamanda milli təhlükəsizliyə və cəmiyyətin mənəvi dəyərlərinə qarşı yönəlmiş ciddi təhdiddir. Azərbaycan bu sahədə hüquqi və institusional baza formalaşdırıb, milli və beynəlxalq öhdəliklərə uyğun şəkildə fəaliyyəti təmin edib. Lakin yeni geosiyasi dəyişikliklər, əmək miqrasiyası, rəqəmsal texnologiyaların sürətli inkişafı və münaqişələr yeni çağırışlar yaradır və insan alverinə qarşı mübarizədə daha çevik, qabaqlayıcı yanaşmaları zəruri edir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib
O, daha sonra təkliflə çıxış edib: "Zənnimcə, Cinayət Məcəlləsinə insan alverinin spesifik formaları - məcburi evlilik, reproduktiv istismar və digər bu kimi məqamlar ayrıca cinayət tərkibi kimi daxil edilməlidir. Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və çəkindirici xarakter daşımalıdır. İnsan alverinə yardım edən və ya ondan qazanc götürən hüquqi şəxslərin məsuliyyəti konkretləşdirilməli, ciddi hüquqi mexanizmlərlə tənzimlənməlidir. Qurbanların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati sanksiyalar sərtləşdirilməli, əmək və miqrasiya münasibətlərində istismarın qarşısını alan mexanizmlər gücləndirilməlidir.
"İnsan alverinə qarşı mübarizə haqqında" Qanunda qurban anlayışı genişləndirilməli, daxili insan alveri xüsusi hüquqi kateqoriya kimi tanınmalı, erkən nikahlar, məcburi əmək və sosial istismarla bağlı ayrıca bölmələr əlavə olunmalıdır. Reabilitasiya və sosial müdafiə tədbirləri, hüquqi və psixoloji dəstək mexanizmləri qanunvericilikdə dəqiq şəkildə əks olunmalı, bu sahədə qeyri-peşəkar müdaxilələrin qarşısı alınmalıdır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları, sərhədçilər və əmək müfəttişləri üçün ixtisaslaşdırılmış təlimlər mütəmadi təşkil olunmalı, ilkin identifikasiya və müdaxilə prosedurları standartlaşdırılmalıdır.
Regionlarda sığınacaq və reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilməli, onların davamlı maliyyələşməsinin təmin olunması istiqamətində imkanlar nəzərdən keçirilməlidir. Qurbanlara pulsuz hüquqi yardım, psixoloji xidmət və sosial reinteqrasiya tədbirləri vahid dövlət mexanizmi çərçivəsində daha sistemli şəkildə həyata keçirilməlidir.
Məlumatların mərkəzləşdirilmiş və inteqrasiya olunmuş elektron bazası yaradılmalı, dövlət qurumları arasında informasiya mübadiləsi rəqəmsal əsasda və vahid platforma üzərindən təşkil olunmalıdır. Transmilli insan alveri ilə mübarizədə readmissiya, qurban mübadiləsi və istintaq əməkdaşlığı üzrə beynəlxalq hüquqi bazanın əhatə dairəsi genişləndirilməli, xüsusilə xaricdə işləyən vətəndaşlarımızın hüquqları diqqət mərkəzində saxlanılmalıdır.
Rəqəmsal platformalar və sosial şəbəkədə insan alveri risklərinə qarşı texnoloji nəzarət alətləri tətbiq olunmalı, qanunvericilikdə bu sahəyə dair konkret mexanizmlər müəyyən edilməlidir. Təhsil müəssisələrində insan alveri ilə mübarizəyə dair kurikulumlar hazırlanmalı, gənclər arasında maarifləndirmə və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilməlidir.
Xaricdə işə düzəltmə fəaliyyəti göstərən vasitəçi agentliklər lisenziyalaşdırılmalı və ciddi nəzarət rejiminə tabe edilməli, qeyri-qanuni vasitəçilik fəaliyyəti sərt cinayət məsuliyyəti yaratmalıdır"(oxu.az).
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi