Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Sürücü "hə", DYP "yox", bəs, Konstitusiya Məhkəməsi nə deyir?
16-05-2025 [10:49]
Həftəsonu Milli Məclisin yanından keçəndə DYP-nin əməkdaşı avtomobilimi saxladı. Sənədlərimi yoxlayanda sürdüyüm maşının öz adıma qeydiyyatda olmadığını görüncə, etibarnamə tələb etdi.
Mən də maşının sahibinin – həyat yoldaşımın yanımda oturduğunu bildirdim. O isə xatırlatdı ki, əgər maşının sahibi yanımda olmasaydı cərimə olunacaqdım. Söhbətin nədən getdiyini bilsəm də son 5 ildə ilk dəfə idi məni saxlayan DYP işçisindən bu addımı görürdüm. Vəziyyətdən istifadə edib məsələnin dərinliyinə getməyə qərar verdim. Aramızda müzakirə (fikir mübadiləsi də demək olar) başladı. Mən maşının birgə nikah dövründə alındığı üçün birgə mülkiyyət olduğunu əsas gətirərək nikah sənədinin olduğu halda etibarnaməyə ehtiyac olmadığını və bu fikrin notariuslar tərəfindən də təsdiq edildiyini (əslində bu təklif bizə onlardan gəlmişdi), bu vaxta qədər digər DYP əməkdaşları tərəfindən bu məsələnin qaldırılmadığını bildirdim. Polis müfəttişi isə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə istinad edərək bunun üçün 40 manat cərimə nəzərdə tutulduğunu bildirdi. Üstəlik fikrini gücləndirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin bununla bağlı youtube kanalındakı açıqlamasını göstərdi. Təxminən 15-20 dəqiqəlik müzakirənin nəticəsi olaraq sonda polis əməkdaşını çətinliklədə olsa haqlı olduğuma inandıra bildim.
Ancaq evə gələn kimi məsələ ilə bağlı araşdırma aparmağa başladım. Məlum oldu ki, analoji problemlə bağlı Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsi bu işə baxıb və 24 iyul 2023-cü il tarixində bununla bağlı qərar verib. Qərar “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” adlanır.
Deməli, 2 noyabr 2022-ci il tarixində Gəncə şəhər sakini A.Səfərov analoji vəziyyətlə üzləşib və o, Gəncə Şəhər DYP-sinin inspektoru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi əsasında cərimə olunub. A.Səfərov həmin qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət verib. Şikayət onunla əsaslandırılıb ki, o, idarə etdiyi maşını birgə nikah dövründə alıb və buna görə nikah haqqında şəhadətnaməni DYP əməkdaşına göstərsə də faydası olmayıb. A.Səfərov Ailə Məcəlləsinin 33.1-ci və Mülki Məcəllənin 225-ci maddələrinə istinad edərək məhkəmədən qeyd olunan qərarın ləğv edilməsini xahiş edib.
Həqiqətən də Gəncə şəhər sakininin ərizəsində göstərdiyi arqument güclüdür. Çünki ər-arvaddan birinin adına nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti olması prezumpsiyası mövcuddur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Müraciətedən hesab edir ki, sadalanan normalarda ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun qarşılıqlı razılıq əsasında həyata keçirilməsi müəyyən edilmiş, həmin razılığın forması ilə bağlı isə qanunvericilikdə hər hansı tələb irəli sürülməyib. (Ailə Məcəlləsinin 33.4-cü maddəsindəki hal istisna edilməklə).
Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilikdə qeyd edilən anlayışların izahını verməklə yanaşı tövsiyələr verib. Məhkəmə Milli Məclisinə tövsiyə edib ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılsın. Eyni zamanda digər tövsiyədə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyət tətbiq ediləndə ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna edilsin.
Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarında 2 ilə yaxın vaxt keçsə də Milli Məclis tərəfindən bu istiqamətdə hər hansı addım atılmayıb. DYP isə bu vəziyyətdən istifadə edərək cərimə rıçaqlarından istifadə edir. Ümid edək mətbuat bu məsələni gündəmdə saxlayacaq və parlamentdən bunu öyrənəcək.
Samir Əliyev
İqtisadşı ekspert
MİA.AZ
Sabah hava necə olacaq? - Proqnoz
İran ABŞ və İsrailin gözlənilməz hücumuna cavab verməyə başlayıb
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub